“Zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması zamanı təxirəsalınmaz yardım və müalicə” mövzusunda seminar keçirilib.
2 avqust 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə “Zəhərli ilanların, hörümçəklərin, əqrəblərin və həşəratların sancması zamanı təxirəsalınmaz yardım və müalicə” mövzusunda seminar keçirilib. Seminarda Mərkəzi Gömrük Hospitalının, eyni zamanda TƏBİB tabeliyində olan tibb müəssələrinin o cümlədən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin həkim və rezidentləri iştirak ediblər.
Seminarda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, toksikoloq, tibb xidməti polkovnik-leytenantı, İsmayıl Əfəndiyev geniş təqdimatla çıxış edib.
Dr. İsmayıl Əfəndiyev çıxışında rəhbər tövsiyələrə əsasən zəhərlənmələrin təsnifatı, etiologiyası, patogenezi, laborator diaqnostikası, zəhərin təsirinin qarşısını alan vasitələrin tətbiqi, ilkin və ixtisaslaşdırılmış müalicənin aparılması və sancmaların profilaktikası haqqında həkim və rezidentlərə ətraflı məlumat verib və auditoriyanı maraqlandıran sualları cavablandırıb.