“Qaraciyər və böyrək çatışmazlığının diaqnostikasında sonoqrafik müayinənin rolu. Donor ilə resipientin sağlamlığının əməliyyat önü və əməliyyatdan sonrakı dəyərləndirilməsi” mövzusunda seminar həyata keçiriləcəkdir.
9 avqust 2024-cü il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında saat 15:00-da “Qaraciyər və böyrək çatışmazlığının diaqnostikasında sonoqrafik müayinənin rolu. Donor ilə resipientin sağlamlığının əməliyyat önü və əməliyyatdan sonrakı dəyərləndirilməsi” mövzusunda seminar həyata keçiriləcəkdir.
Seminarda Mərkəzi Gömrük Hospitalının sonoloqu Günay Əhmədova geniş təqdimatla çıxış edəcək və auditoriyanı maraqlandıran sualları cavablandıracaq.
Seminar ümumi cərrah, transplantoloq, sonoloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur. Seminarda iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir!
Seminarda iştirak üçün 051 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.