İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi 2024-2025-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulu elan edir.
Avtomatika sistemlərinin istismarı (Yüksək texniki peşə-subbakalavr ixtisas dərəcəsi verməklə, dövlət hesabına/ödənişli);
Veb dizayner və proqram təminatçısı (Yüksək texniki peşə-subbakalavr ixtisas dərəcəsi verməklə, dövlət hesabına/ödənişli);
Sənaye və mülki binalarda elektrik avadanlıqlarının quraşdırılması və istismarı (Yüksək texniki peşə-subbakalavr ixtisas dərəcəsi verməklə, dövlət hesabına/ödənişli);
Alternativ enerji qurğu və avadanlıqlarının istismarı (Yüksək texniki peşə-subbakalavr ixtisas dərəcəsi verməklə, dövlət hesabına/ödənişli);
Kompüter sistemlərində proqramlaşdırma (Yüksək texniki peşə-subbakalavr ixtisas dərəcəsi verməklə, dövlət hesabına/ödənişli);
Elektronika kommunikasiya texnologiyaları üzrə texnik (Yüksək texniki peşə-subbakalavr ixtisas dərəcəsi verməklə, dövlət hesabına/ödənişli);
İnformasiya kommunikasiya texnologiyaları üzrə texnik (Texniki peşə, dövlət hesabına/ödənişli);
Avtomatika üzrə usta (dövlət hesabına/ödənişli);
Qrafik dizayner (dövlət hesabına/ödənişli);
Elektronika ustası (dövlət hesabına/ödənişli);
Elektrik qaz qaynaqçısı (dövlət hesabına/ödənişli);
Elektrik avadanlıqlarına xidmət və təmiri üzrə elektrik montyoru (dövlət hesabına/ödənişli);
İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı (dövlət hesabına/ödənişli);
Yüksək texniki peşə təhsilini müvəfəqiyyətlə başa vuran tələbələrə subbakalavr ixtisas dərəcəsi verilir və onlar imtahansız (birbaşa) universitetə qəbul olmaq şansı əldə edirlər. Bu il ilk dəfə olaraq Peşə Təhsil Mərkəzinə tələbə qəbulunun sayı 2 dəfə artırılaraq 600 nəfərə çatdırılıb.
Müsabiqədə orta və tam orta təhsilli şəxslər iştirak edə bilərlər. Tədris müddətində dövlət sifarişi əsasında təhsil alan tələbələr təqaüdlə təmin edilirlər.
Peşə Təhsil Mərkəzinə qəbul olmaq istəyən namizədlər Peşə Təhsil Mərkəzinin inzibati binasına gəlməklə (ünvan: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi, ev 1) qeydiyyatdan keçə bilərlər.
Əlavə məlumat üçün əlaqə nömrəsi: (051) 205-97-54