2024-cü ilin 7 ayında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 20 sahibkarlıq subyektinə rezident statusu verilib. Bunlardan 10-u Ağdam Sənaye Parkının, 5-i “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, 1-i Sumqayıt Kimya Sənaye Parkının, 1-i Pirallahı Sənaye Parkının, 2-si Masallı Sənaye Məhəlləsinin, 1-i Sabirabad Sənaye Məhəlləsinin rezidenti kimi qeydiyyata alınıb.
Qeydiyyata alınmış rezidentlər tərəfindən sənaye zonalarına ümumilikdə 118 milyon manatdan çox investisiyanın yatırılması, 1000-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Rezidentlər sənaye zonalarında fibrobeton və polistirolbeton bloklar, quru inşaat qarışıqlar, mikronlaşdırılmış və örtülmüş kalsit, əhəng və perlit, tamet daşları, yüksək gərginlikli elektrik enerjisinin ötürülməsi üçün müxtəlif metal elektrik dirəklər, ortopedik matras və yumşaq mebellər, qan depolama və test qablarının və s. məhsulların istehsalını həyata keçirəcəklər.
Qeyd. İndiyədək sənaye zonalarında investisiya həcmi 7,8 milyard manatdan artıq olan 150 sahibkarlıq subyektinə rezident statusu verilib.