1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında İngenia Elition X 3.0 Tesla gücündə MRT cihazında pasiyentlərə keyfiyyətli tibbi xidmət göstərilir
22.08.2024

Mərkəzi Gömrük Hospitalının Radiologiya şöbəsinin rəisi, uzman həkim-radioloq Eldəniz Hüseynov,  həkim-radioloq Emin Məmmədov  və şöbənin tibb işçiləri tərəfindən Philips şirkətinə məxsus İngenia Elition X 3.0 Tesla gücündə Maqnit Rezonans Tomoqrafiyası (MRT) cihazında pasiyentlərə keyfiyyətli tibbi xidmət göstərilir. MR koilləri ilə zəngin olan yeni MRT cihazı insan orqanizminin bütün orqan və toxumalarını müayinə etməyə və xəstəliklərin dəqiq diaqnostikanın aparılmasına imkan verir.

 İngenia Elition X 3.0 Tesla gücündə Maqnit Rezonans Tomoqrafiyası cihazının üstün cəhətləri nədir?

Qapalı sahədə qorxusu olan klaustrofobiyalı xəstələr üçün MR boşluğunun geniş olması və MR otağında yerləşdirilmiş elektron monitor və işıqlanma sistemi xəstələrin rahat müayinəsinə imkan yaradıb. 

Cihazda MR boşluğunun genişliyi 70 sm olub ən geniş diametrə sahibdir. MR boşluğunun geniş olması və maqnit gücünün güclü olması ağır çəkili xəstələrin bütün müayinələrinin aparılmasına imkan verir. 

Kiçik yaş qrupu xəstələrinin sedasiyasız müayinəsi üçün xüsusi görüntü effektləri ilə təchiz edilib. Müayinə zamanı xəstələrdə narahatlıq yaradan gur səs yeni cihazda digərlərinə görə daha aşağı tembrdədir və müayinə vaxtı daha qısadır.

İngenia Elition X 3.0T MRT cihazı vasitəsilə baş və onurğa beyin, ürək-damar sistemi, qarın boşluğu orqanları, dayaq-hərəkət sistemi orqanları, süd vəzisi və bütün növ pediatrik müayinələr aparılır.

Müasir MR texnologiyasının ən qabaqcıl Philips İngenia Elition X 3.0T MRT cihazında mövcud olan perfuziyon MR, MR spektroskopiya, diffuziyon MR, funksional MR, MR traktoqrafiya vasitəsi ilə beyin-onurğa beyin görüntülənmələrində beyinin ən mürəkkəb xəstəliklərinin dəqiq diaqnozu mümkündür. 

Pediatrik yaş qrupunda beyin-onurğa beyin patalogiyalarını aşkarlamaq və diaqnozu təyin etmək üçün yeni MRT cihazı ayrıca pediatrik beyin-onurğa beyin koili ilə təchiz edilib. Eyni vaxtda bütün onurğa beyini bir dəfəyə çəkiliş etmək olur.

Ürək-damar xəstəliklərinin diaqnostikasında istifadə olunan MRT cihazı ürəyin morfoloji və funksional dəyərləndirilməsinə, xəstəliklərin aşkarlanmasına imkan verir. 

Uşaq ürək xəstəliklərinin MR diaqnostikasını etmək üçün cihazda pediatrik MR koilləri mövcuddur. 

Süd vəzi xəstəliklərinin müayinəsi mümkündür.

Philips İngenia Elition X 3.0T MRT cihazında mövcud olan zəngin koil imkanları bütün bədənin MR müayinəsinin eyni zamanda aparılmasına, xüsusilə, onkoloji xəstələrdə xəstəliyin orqan və toxumalara yayılıb-yayılmadığını təyin etməkdə mütəsna əhəmiyyətə malikdir. 

Müayinə cavabını Hospitalda  gözləməyə ehtiyac qalmır, müayinə cavabları pasiyentin elektron poçt ünvanına və  ya votsapa göndərilir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment