1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Dünya xəbərləri


Daşkənddə Azərbaycana həsr olunan sərgi
23.08.2024

Daşkənddə təşkil edilən sərgidə Azərbaycanın müxtəlif sahələr üzrə iqtisadi potensialı, nailiyyətləri və məhsulları nümayiş olunur.

Azərbaycanın dövlət başçısının Özbəkistana rəsmi səfəri çərçivəsində Daşkənddə ölkəmizin iqtisadiyyatına həsr olunmuş sərgi keçirilir. Belə ki, “Uz Expo Centre”də İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun təşkilatçılığı ilə “İqtisadiyyatın əsas istiqamətləri – ümumi rifaha doğru addım” adlı sərgi təşkil olunub.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Ləziz Kudratovun rəhbərlik etdikləri Azərbaycan və Özbəkistan nümayəndə heyətləri sərgidə olublar.

Azərbaycanın zəngin memarlıq irsini əks etdirən dörd möhtəşəm qala ilə bəzədilmiş sərgi bir neçə tematik bloka ayrılıb. Sərgidə ölkəmizin iqtisadi nailiyyətlərinə dair göstəricilər, sənaye və kənd təsərrüfatı məhsulları, rəqəmsal inkişaf sahəsində görülən işlər, nəqliyyat-logistika, enerji, turizm sektorlarının imkanları, reallaşdırılan innovativ layihələr, COP29 tədbiri və Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinə dair videoçarxlar nümayiş etdirilir.

Burada ziyarətçilərə, həmçinin azad edilmiş ərazilərimizin bərpası prosesi ilə tanış olmaq imkanı yaradılıb, yeni yaşayış məskənlərinin inşası və infrastruktur quruculuğu üzrə layihələr təqdim olunur.  

Sərgidə “Made in Azerbaijan” brendi altında istehsal olunan qida məhsulları, o cümlədən spirtli və spirtsiz içkilər, konservlər, kənd təsərrüfatı və qənnadı məhsulları, eləcə də tikinti materialları və digər məhsullar nümayiş olunur.  

Sərgidə ənənəvi tekstil sahəsinə xüsusi yer ayrılıb. Burada Azərbaycanın müxtəlif xalçaçılıq məktəblərinə məxsus əl işləri yer alır, ziyarətçilərə ənənəvi xalçaçılıq sənəti haqqında məlumat verilir.

Burada Azərbaycanda qızıl və gümüşdən hazırlanmış sikkələr, qızıl külçələr də nümayiş olunur.

Sərgi avqustun 23-dək davam edəcək.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment