1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mastercard və Tibbi Turizm Assosiasiyası sərhədlərarası tibbi ödənişlərdə yeni mərhələ üçün tərəfdaşlığa başlayır
30.08.2024

Tibbi Turizm Assosiasiyası tibbi turizm sektorunda rahatlığı, çevikliyi və etibarlılığı artırmaq üçün Mastercard ödəniş imkanlarını ehtiva edənuniversal platforma təqdim etməyə hazırlaşır.

Tibbi məqsədlərlə səfər edən turistlər arasında qlobal səhiyyə xidmətlərinə daha asan çıxış üçün artan tələbata cavab olaraq, Mastercard və Tibbi Turizm Assosiasiyası (MTA) dünya üzrə xəstələr və tibbi xidmət təminatçıları üçün bütün səhiyyə təcrübəsini modernləşdirməyə yönəlmiş unikal tərəfdaşlıq elan edib. MTA Mastercard-ın kommersiya kartı texnologiyasından maksimum yararlanaraq müalicələri koordinasiya etməklə yanaşı,tibbi xidmət təminatçıları ilə sürətli və təhlükəsiz ödəniş prosesini asanlaşdırmaq üçün öz xidmətlərini genişləndirəcək.

Bu təşəbbüs maliyyə şəffaflığını məhdudlaşıran və xaricdə müalicə axtaran şəxslər üçün daha az ödəniş imkanları təqdim edən nağd və elektron ödənişlərdan ənənəvi olaraq asılı olan tibbi turizm sənayesi üçün əlamətdar hadisədir. Bu yaxınlarda aparılmış Tibbi Turizm Xəstə Sorğusuna görə, dünya üzrə xəstələrin yarıdan çoxu beynəlxalq ödənişlərlə bağlı narahatlıqlarını ifadə edərək gizli ödənişlər, valyuta məzənnəsi problemləri və daha yüksək fırıldaqçılıq riskləri fonunda təkmilləşdirilmiş ödəniş sisteminə ehtiyacı dilə gətirib.

“Qlobal texnologiya lideri olaraq biz, müxtəlif sənayelər üzrə ağrılı məqamları həll etmək və insanlar və müəssisələr arasında pul axımını asanlaşdırmaq üçün davamlı olaraq yeniliklər edirik. Texnologiyalarımızı inteqrasiya etməkləbiz, daha geniş miqyasda daha təhlükəsiz və daha sürətli ödəniş təcrübələrində öncüllük edirik və bu əməkdaşlıq səhiyyə ekosistemini yenidən formalaşdırmaq üçün Mastercard kartlarının faydalarını daha da genişləndirməyə imkan verir”, deyə Mastercard-ın Kommersiya Həlləri üzrə qlobal rəhbəri Çad Uolles deyib.

Xəstələr tezliklə üstünlük verdiyi ödəniş metodundan istifadə edərək müalicələrini bron edə və ödəniş edə biləcəklər, prosesin yerdə qalan hissəsini isə MTA Mastercard-ın kart texnologiyasından istifadə etməklə idarə edəcək. Ödəniş başlandıqdan və təsdiqləndikdən sonra MTA-nın bank tərəfdaşı birbaşa səhiyyə xidməti təminatçısına ödəniş etmək üçün Mastercard kartı təqdim edəcək. Kartların tətbiqi xidmət təminatçılarına gücləndirilmiş təhlükəsizlik, daha güclü nəzarət və daha səmərəli mühasibat uzlaşması üçün real vaxtda pul köçürmə məlumatları da daxil olmaqla çoxsaylı üstünlüklər təklif edir.

Səhiyyə ödənişləri ilə bağlı problemlərin həllini sürətləndirmək məqsədilə MTA tibbi və səyahət xidmətlərini bir araya gətirmək üçün Mastercard-ın ödəniş imkanları ilə inteqrasiya olunmuş yeni istifadəçi yönümlü platforma olan “Better by MTA”-nı hazırlayır. Bu platforma tibbi məqsədlərlə səfər edən turistlərə ödəniş və planlaşdırma prosedurlarından tutmuş səyahət, nəqliyyat və yerləşdirmə yerlərini sifariş etməyə kimi səyahətlərininhər bir aspektinivahid platformada idarə etməyə imkan verəcək. "Better by MTA" səyahət qərarlarını sadələşdirmək, ödəniş prosesini asanlaşdırmaq və istifadəçilərə tibbi xidmət variantlarını asanlıqla müqayisə etmək, həmçinin çoxsaylı sifariş alətlərini tibbi səyahət ehtiyacları üçün qüsursuz, universal təcrübə ilə əvəz etmək üçün nəzərdə tutulub.

"Təxminən iyirmi ildir ki, xəstələri etibarlı, akkreditə olunmuş tibbi xidmət təminatçılarının qlobal şəbəkəsi ilə birləşdirərək, əlverişli, şəffaf və yüksək keyfiyyətli səhiyyə xidmətinin təmin edilməsində aparıcı rol oynayırıq. İnteqrasiya edilmiş Mastercard ödəniş imkanları və xidmətləri ilə vahid interfeysin yaradılması keyfiyyətli səhiyyə xidmətini sərhədlər boyu təhlükəsiz və əlçatan etmək missiyamıza doğru mühüm addımdır”, deyə Tibbi Turizm Assosiasiyasının sədri və həmtəsisçisi Conatan Edelheyt qeyd edib,

Mastercard və MTA ilkin olaraq bu yeni ödəniş imkanlarını bir neçə tibb xidmət təminatçı üçün təqdim etməyi, 2024-cü ilin sonuna qədər isə dünya üzrə daha çox xidmət təminatçısı üçün əlçatan etməyi planlaşdırır.

Maraqlı araşdırma nəticələri: 

- Tibbi məqsədlərlə səfər edən turistlərin təxminən 97,2%-i qərarlarında “etibar”ı vacib və ya prioritet amil hesab edir.

- Respondentlərin 71%-i səhiyyə xidmətinin beynəlxalq səviyyədə tanınmış akkreditasiyasının olub-olmadığını təsdiqləyərək, bu cür akkreditasiyaların pasiyentlərin inamına və qərar qəbul etməsi üzərində mühüm təsirə malik olduğunu vurğulayır.

- Respondentlərin 53,8%-i müalicədən sonra təkrar xidmətlə bağlı narahatlığını bildirib. Bu, ilkin tibbi müdaxilədən sonra xəstəyə qulluğun davam etdirilməsinin vacibliyini önə çəkir.

- Qərarların qəbulu prosesində maliyyə şəffaflığı və təhlükəsizliyi vacib amildir: respondentlərin 34,6%-i gizli və ya əlavə xərclərdən, 26,9%-i isə beynəlxalq ödəniş saxtakarlığından narahatdır.

- Tibbi məqsədlərlə səfər edən potensial turistlərin 28,1%-i ödənişlərin təhlükəsizliyindən narahatdır, 21,3%-i isə vəsaitlərin köçürülməsində böyük çətinliklərlə üzləşdiyini bildirir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment