|
|
|
Fond birjası | | | Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 364 günlük qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi haqqında məlumat |
04.09.2024 | |
| |
3 sentyabr 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin AZ0101060108 dövlət qeydiyyat nömrəli 100 milyon manat həcmində, tədavül müddətli 364 gün olan qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı gəlirlilik dərəcələri Emitenti qanə etmədiyinə görə hərrac baş tutmamışdır.
|
|
|
|