1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


İtaliya-Azərbaycan dəyirmi masası keçirilib
06.09.2024

İtaliya-Azərbaycan dəyirmi masası keçirilib 

İtaliya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi müzakirə olunub, bir sıra sənədlər imzalanıb.

Azərbaycan Prezidentinin İtaliyaya işgüzar səfəri çərçivəsində İtaliyanın Müəssisələr və “Made in Italy” Nazirliyi, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və İtaliya Sənaye Konfederasiyasının (“Confindustria”) birgə təşkilatçılığı ilə İtaliya – Azərbaycan dəyirmi masası keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, enerji sektoru, kimya sənayesi, avtomobil istehsalı, mühəndislik, əczaçılıq, kənd təsərrüfatı, metallurgiya, tikinti, qida və digər sahələrdə fəaliyyət göstərən 40-a yaxın sahibkar iştirak edib.

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkələrimiz arasında münasibətlərin strateji xarakter daşıdığını qeyd edərək, İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu vurğulayıb. Bildirilib ki, ölkəmiz İtaliya ilə çoxşaxəli iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə böyük əhəmiyyət verir və bunun nəticəsi olaraq ölkə iqtisadiyyatının müxtəlif sahələrində, o cümlədən işğaldan azad olunan ərazilərdə çoxsaylı İtaliya şirkətləri uğurla fəaliyyət göstərir. Vurğulanıb ki, dəyimi masa çərçivəsində aparılan müzakirələr və əldə edilən razılaşmalar əlaqələrimizi daha da gücləndirəcək və yeni imkanlar açacaqdır.

Dəyirmi masada çıxış edən İtaliyanın Müəssisələr və “Made in Italy” naziri Adolfo Urso və İtaliya Sənaye Konfederasiyasının prezidenti Emanuele Orsini Azərbaycanın İtaliya ilə strateji enerji tərəfdaşlığı və ikitərəfli əlaqələrin qeyri-neft sahəsində inkişafı imkanları haqqında danışıblar.

Tədbirdə həmçinin AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru Ülvi Mansurov, ADA Universitetinin prorektoru Elkin Nurməmmədov Azərbaycanın ixrac və investisiya potensialı haqqında məlumat verib, ortaq faydalı fəaliyyət istiqamətləri və perspektivli layihələrə dair çıxış ediblər. Bununla yanaşı, sənaye, bərpa olunan enerji, infrastruktur, nəqliyyat, tekstil, kimya, əczaçılıq və digər prioritet sektorlarda əməkdaşlığın gücləndirilməsi barədə müzakirələr aparılıb, hər iki ölkənin şirkət nümayəndələri biznes tərəfdaşlığının qurulması və inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Tədbir çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO ilə İtaliya Sənaye Konfederasiyasının (Confindustria), “Mətanət A” şirkəti ilə İtaliyanın Dromont Comec şirkəti, "Improtex Industries" MMC ilə İtaliyanın "Leonardo Electronics" şirkəti, “Saloğlu” şirkəti ilə İtaliyanın "Visionnaire - İPA" və "Biesse S.P.A” şirkətləri arasında anlaşma memorandumları imzalanıb. Sənədlər yeni birgə istehsal və xidmət, tədqiqat və inkişaf layihələrinin həyata keçirilməsi və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edir.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin üzvləri ilə İtaliya Ticarət Agentliyi, aqrar və qida texnologiyaları sahəsində ixtisaslaşmış Annatura şirkəti, Scorpio Group və İtaliyanın Coldiretti kənd təsərrüfatı təşkilatının nümayəndələri arasında görüşlər təşkil olunub, qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri nəzərdən keçirilib.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment