1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Ekoloji təmiz nəqliyyat vasitələrinin kreditləşməsində müsbət dinamika müşahidə olunur
11.09.2024

Azərbaycan Respublikasının Mərkəzi Bankı “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artırılması üzrə təkliflərin hazırlanması” tədbiri çərçivəsində əsas icraçı qurum kimi aparılan müzakirələrdə aktiv iştirak edərək bu istiqamətdə maliyyə əlçatanlığının artırılmasına öz töhfəsini verir. Bu tədbir Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsi”ndə öz əksini tapır.

Qeyd edək ki, Mərkəzi Bank artıq 2022-ci ildə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artırılması üzrə öz təkliflərini irəli sürüb və bu istiqamətdə mühüm addımlar atıb. Belə ki, Mərkəzi Bank tərəfindən 2022-ci ildə ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin əldə olunmasında kredit şərtlərində aparılmış yumşalmalar və qaydalara edilmiş dəyişikliklər növbəti dövrlərdə bu növ nəqliyyat vasitələrinin kreditləşməsinə və sığortalanmasına pozitiv təsir göstərib. Həyata keçirilmiş bu təşəbbüslər adıçəkilən nəqliyyat vasitələrinin kreditlə alınmasında əlçatanlıq səviyyəsini artırıb.

Mərkəzi Bank tərəfindən aparılmış requlyativ güzəştlər nəticəsində 2022-ci ildən bu tərəfə son 18 ayda elektrik və hibrid minik avtomobillərinin banklar tərəfindən kreditləşməsi say olaraq 8 dəfə, məbləğ olaraq 6.5 dəfə artıb. Nəticədə 2022-ci ilin sonuna bankların kredit portfelində elektrik və hibrid avtomobillərinin cəmi minik avtomobil portfelində payı 17.8% olduğu halda, cari ilin iyunun 30-u tarixində müvafiq göstərici 59.9% təşkil edib.

Məlumat üçün qeyd edək ki, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Fiziki infrastruktur işçi qrupunun “Ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə altqrupu”na rəhbərliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi həyata keçirir (https://azranking.az/working-groups).

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment