1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


“Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun növbəti iclası keçirilib
13.09.2024

İclasda müxtəlif reytinq hesabatlarında ölkəmizin mövqeyinin yaxşılaşdırılması istiqamətində görülmüş tədbirlər və qarşıda duran vəzifələr müzakirə edilib. 

“Bakı KOB evi”ndə Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) rəhbərlik etdiyi “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun növbəti iclası keçirilib.  

İclasda İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər, Energetika, Ədliyyə nazirliklərinin, Mərkəzi Bankın, Dövlət Statistika Komitəsininvə digər dövlət və özəl qurumların nümayəndələri iştirak ediblər. 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev və KOBİA-nın İdarə Heyətinin sədri, İşçi Qrupunun rəhbəri Orxan Məmmədovun iştirakı ilə keçirilmiş iclasda “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” İşçi Qrupunun 2024-cü ilin ötən dövrü üzrə Fəaliyyət Planının icrası istiqamətdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. 

İclasda KOBİA tərəfindən məlumat verilib ki,Qlobal İnnovasiya İndeksinin “Sahibkarlıq siyasəti və mədəniyyəti” indikatoru üzrə Azərbaycana dair məlumatın əks olunması məqsədilə zəruri işlər görülüb.Həmçinin, Qlobal İnnovasiya İndeksinin “Biznesin aparılması üçün şərait” və “Klasterlərin inkişafı”indikatorları üzrə sorğuların keçirilməsi və məlumatların yenilənməsi istiqamətindəDünya İqtisadi Forumu ilə əməkdaşlıq həyata keçirilib.İşçi qrupunun bir hissəsi olan Ekoloji, sosial və korporativ idarəetmə (ESG) standartları üzrə altqrup çərçivəsindəAzərbaycan Standartlaşdırma İnstitutu ilə birgə Beynəlxalq Standartlaşdırma Təşkilatının texniki dəstəyi ilə milli ESG standartının hazırlanması istiqamətində tədbirlər görülür. Sözügedən standartın qəbul edilməsi ESG ilə bağlı daha geniş tənzimləyici çərçivənin müəyyən edilməsinə, fəaliyyətin konkret istiqamətlər üzrə qurulmasına və gələcəkdəməqsədyönlü təşviq və stimullaşdırıcı tədbirlərin tətbiqinə imkan yaradacaq, eləcə də ölkəmizin yaşıl gündəliyinin həyata keçirilməsinə öz töhfəsini verəcəkdir.

İclasda həmçinin Qlobal İnnovasiya İndeksinin “Ekoloji performans” indikatoru və İqtisadi Azadlıq İndeksinin “İnvestisiya azadlığı” indikatorları üzrə ölkəmizin göstəricilərinin yaxşılaşdırılması üzrə təkliflər və digər cari məsələlər müzakirə edilib.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment