1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


BirbankStar kartı ilə faizsiz və komissiyasız yeni dövr başlayır
17.09.2024

Ölkənin ilk rəqəmsal bankı Birbank maliyyə bazarına hərəkət gətirəcək yeni Birbank Star kartını təqdim edir. “Birbank Star ilə sənə olar” sloqanı ilə istifadəyə verilən kart, kredit kartlarının sahib olduğu ənənəvi şərtlərdən tamamilə uzaqdır. Belə ki, Birbank Star sahibinə maliyyə azadlığı ilə yanaşı,çətin və qarışıq qrafiklər, mürəkkəb kredit hesablamalarından uzaq olmağı vəd edir. 

Bu kartı xüsusi edən isə faizsiz və komissiyasız ödəniş imkanlarına sahib olmasıdır. Belə ki, bütün banklara məxsus bankomatlardan nağdlaşdırma, onlayn ödənişlər, pul köçürmələri, tranferlər də daxil olmaqla heç bir əməliyyata komissiya və faiz tətbiq edilmir. Birbank Star-ı minimum 500 manat, maksimum 30 000 manatadək məbləğlə əldə edə bilərsiniz. Eyni zamanda kart istifadəçiləri 7500-dən çox partnyor brenddən alış-veriş zamanı 30%-dək keşbek, üstəlik 2 qat ƏDV qazanacaqlar. 

Ödəniş şərti isə olduqca sadədir. İstifadə edilən məbləğ ayın sonuncu gününədək karta qaytarılmalıdır. Ödəniş vaxtında edilmədiyi halda hər 500 manat məbləğə görə 10 manat xidmət haqqı ödənilir.

Kartı ən yaxın Kapital Bank filialından, Birbank mobil tətbiqindən və onlayn formada kapitalbank.az, birbank.az vebsaytlarından müraciət edərək əldə etmək mümkündür. Onu da qeyd edək ki, bu kartı həm fiziki, həm də rəqəmsal formada istifadə etmək mümkündür. Fiziki olaraq sifariş edilən kart haqqında məlumatlar dərhal müştərinin  Birbank mobil tətbiqində əks olunur. Müştəri kartı əldə etdikdən sonra isə aktivləşir. Kart yalnız rəqəmsal versiyada sifariş edilərsə dərhal mobil tətbiqdə görünür və istifadəsi həmin andan etibarən mümkün olur. Onlayn kanallardan sifarişlərdə Bakı şəhəri üzrə ünvana çatdırılma xidməti də mövcuddur. 

BirbankStar kartı haqqında ətraflı məlumat üçün link: https://b-b.az/bs

Birbank kartı haqqında ətraflı məlumat üçün https://birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın Facebook və Instagram səhifəsinə müraciət edə bilərsiniz. Birbank kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, WhatsApp vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya Birbank mərkəzlərinə müraciət edin.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment