Baki, Finance Time. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dəstəyi və Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı ilə “Aktuar hesablamalar kursları”nın I mərhələsinin kursu üzrə tədris sona çatmışdır.
28 yanvar – 7 mart 2013-cü il tarixlərini əhatə edən təlim kursu çərçivəsində 44 iştirakçıya Azərbaycan Aktuarlar Assosiasiyasının təcrübəli mütəxəsissləri tərəfindən aktuari etikası, faiz hesablamaları, gəlirlilik faizi, yığım fondu, annuitetlər, ipoteka, istiqrazlar, statistika, ehtimallı annuitetlər, sadə pensiya modelləri və s. mövzularda ilkin biliklər tədris edilmişdir. Kursun yekunu üzrə imtahan təşkil olunmuş və 44 nəfər iştirakçı arasından 22 nəfəri növbəti mərhələdə iştirak hüququ qazanmışlar.
İmtahanı müvəffəqiyyətlə başa vuran iştirakçıların siyahısını təqdim edirik:
1. İsayeva Aliyə
2. Qədimov Aydın
3. Əsgərov Fərid
4. Yusifov Ülvi
5. Ağamalıyev Emil
6. Bayramov Vəli
7. Əfəndi Elvin
8. Məmmədli Orxan
9. Quliyev Cəlal
10. Zeynallı Aqil
11. Əzimov Kamil
12. Salamova Gülmirə
13. Vəliyev Nəsir
14. Hüseynov Cəlil
15. İslamov Anar
16. Nəcəfov Niyaməddin
17. Salmanova Günel
18. Salihova Südabə
19. Nuhiyeva Gülnar
20. Məcidov Ayxan
21. Əhmədova Tamilla
22. Rüstəmova Aysel
Birinci mərhələni müvəffəqiyyətlə başa vuran iştirakçılara Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin və Azərbaycan Sığortaçılar Assosiasiyasının müvafiq sertifikatları veriləcəkdir.
Xatırladaq ki, kursun tam proqramı 6 mərhələli olmaqla proqramlaşdırılmışdır.