1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“BirbankStar-la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”
26.09.2024

Bu sözləri 150 illik yubileyini qeyd edən, ölkənin birinci bankı Kapital Bank-ın Pərakəndə Biznes Ofisinin lideri Fərid İslamov müsahibəsində qeyd edib.  

Fərid bəy, Kapital Bank-ın vaxtaşırı bazara yeni məhsullar təqdim etdiyini görürük. Bu məhsullar maliyyə bazarında fərqlilik yaradaraq rəqabətə səbəb olur. Bu dəfə isə BirbankStar-la gündəmə gəldiniz. Necə düşünürsünüz BirbankStarbazarın starı ola biləcəkmi? 

Hədəfimiz də elə budur.Maliyyə bazarında hərəkətlilik yaradacaq, rəqabətə davamlı, ən əsası isə müştərilərin ürəyincə olacaq məhsul yaratmaq. Məncə,Birbank Star kartı ilə biz bunu bacarmışıq. Düşünün ki, sizin elə bir kredit kartınız var ki, siz onunla 30 000 manata qədər məbləği ürəyiniz istədiyi kimi istifadə edə bilirsiniz. Üstəlik heç bir faiz və komissiya olmadan. İstər kartdakı pulu Kapital Bank-ın və ya digər bankların bankomatlarında nağdlaşdırın, istər digər bank kartlarına köçürmələr edin, istər ödəniş edin heç bir fərqi yoxdur,bu əməliyyatların heç biri üçün nə faiz, nə də komissiya tətbiq edilmir.

Yəni bugünədək hamımızın öyrəşdiyi ənənəvi kredit kartlarından istifadə şərtləri BirbankStar-da yoxdur? 

Xeyr, yoxdur.Bildiyiniz kimi Kapital Bank ölkənin ən böyük müştəri bazasına sahib bankıdır. Bizim uğurumuz həm də ondadır ki, məhsul və xidmətlərimiz üzərində işləyərkən mütləq qaydada müştərilərimizin rəylərini dinləyir, onların qarşılaşdığı çətinlikləri dərindən araşdırırıq. Müştərilərimizin kredit kartından istifadə təcrübəsini araşdırdığımız zamansa tez-tez rastlaşdığımız fikirlər olur. Məsələn, kredit kartları şərtlərinin çox mürəkkəbliyi, faiz və komissiyaların necə hesablandığının anlaşılmaması və bu kimi digər fikirlər. Bu tip suallarla Sorğu  mərkəzimizə də çox müraciətlər gəlir. Ən çox verilən suallar balansın izlənməsi, təsdiqlənməmiş borclar, xərclənən məbləğə tətbiq edilən faizlər haqqında olur. Bu isə çox təbiidir, çünki əksər müştərilər əməliyyatlarının detallarını bankla yanaşı özləri də hesablamaq və izləmək istəyirlər. Ənənəvi kredit kartlarında isə bu hər kəs üçün aydın vərahat deyil. 

Məhz elə bu əhəmiyyətli məqamları düşünərək biz yaşından, peşəsindən, sosial statusundan asılı olmayaraq hər kəsin istifadə edə biləcəyi, sadə, istifadəsi asan və böyük bir auditoriyaya xitab edəcək məhsul yaratdıq. BirbankStar sizin yaxın dostunuz kimidir. Kartda olan vəsaiti istədiyiniz kimi istifadə edə bilərsiniz. Heç bir əməliyyata – nə nağdlaşdırmaya, nə köçürməyə, nə də onlayn ödənişə komissiya tətbiq edilmir. Ödəniş şərtləri isə olduqca sadədir. İstifadə edilən məbləğ həmin ayın son gününədək karta geri qaytarılmalıdır. Məbləğ geri qaytarılmadığı və borc formalaşdığı halda isə yaranan hər 500 manatadək borc üçün 10 manat istifadə haqqı formalaşır və bu məbləğ ayın onuna qədər ödənilməlidir. Aylıq ödənişlər, həmin ödənişlərə hesablanan faizlərə nəzarət, əmaliyyətlara görə gələn komissiyalar, tətbiq edilən limitləri keçib-keçməmək həyəcanı, güzəşt müddətini izləmək kimi məqamlar bu kartda yoxdur. Kart üzrə balansı və əməliyyatlarıisə Birbank mobil tətbiqində məhz BirbankStar üçün yaradılan funksionallıq vasitəsilərahatlıqla izləmək mümkündür.Hər şey bu qədər rahat və sadədir. Məqsədimiz odur ki, BirbankStar gündəlik istifadə üçün rahat, anlaşılan eyni zamanda da hər kəsin ən sərfəli kartı olsun. Bu kart həm də kredit kartları ilə bağlı müştərilərdə olan faizi çoxdur, komissiyası var kimi neqativ fikirləri tamamilə dəyişəcək. 

Yəqin ki, müştəriləri düşündürən vacib bir məqam da keşbeklərdir. BirbankStar-ınkeşbek kimi əlavə üstünlükləri də varmı?

Əlbəttə, bizim digər kredit kartlarında olduğu kimi, BirbankStar-da da həm keşbek, həm də ikiqat ƏDV var. Müştərilərimiz Birbank mobil tətbiqindəki keşbek kateqoriyalarına qoşulmaqla, geniş partnyor şəbəkəmizdə alış-veriş etməklə və bankımızın təqdim etdiyi digər imkanlardan faydalanmaqla daha çox keşbek qazana biləcəklər. 

Qeyd edim ki, müştərilərimiz BirbankStar kartınıBirbank mobil tətbiqindən vəonlayn formada kapitalbank.az, birbank.azvebsaytlarından, həmçinin istənilən Kapital Bank filialından müraciət edərək əldə edə bilərlər. Eyni zamanda müştərinin seçiminə əsasən bu kartı həm fiziki, həm də rəqəmsal formada istifadə etmək mümkündür. Onlayn kanallardan sifarişlərdə Bakı şəhəri üzrə ünvana çatdırılma xidməti də mövcuddur. Xatırladım ki, biz bu mövzuda “Wolt” şirkəti ilə əməkdaşlıq edirik. Hətta maraqlı bir faktı deyim ki, “Wolt”la kart çatdırılmasını nəyinki Azərbaycanda, hətta dünyada ilk olaraq biz həyata keçiririk. Şəhər ətrafı ərazilərə çatdırılmanı isə partnyorumuz “Azəriexpress” həyata keçirir. 

Bank olaraq lider mövqeyinizi qorumaq və müştəri məmnuniyyətini təmin etmək üçün hansı addımları atırsınız?  

Bu sualın bir cavabı var: müştəriyönümlülükstrateji hədəfimizdir. Bizim fəaliyyətimiz müşətərilərimizin rahatlığına və məmnuniyyətinə fokuslanıb. Maliyyə əlçatanlığını təmin etmək üçün proseslərimizin, məhsul və xidmətlərimizinrəqəmsallaşmasına, paralelində  xidmət keyfiyyətinin artırılmasına, eyni zamanda bank xidmətlərinin təhlükəsizliyinə xüsusi diqqət ayırırıq. Yeni texnoloji həllərə, loyallıq proqramlarına aktiv investisiyalar edirik. Məmnuniyyətlə deyə bilərəm ki, öz növbəsində bütün bu təşəbbüslər də bəhrəsini verir. Bu gün nağd pul və kart satışlarımızın 52%-i rəqəmsal kanallar vasitəsilə həyata keçirilir. Keçən il buraxdığımız rəqəmsal depozit məhsulu üzrə portfelimiz 65 milyon manat təşkil edir. 2024-cü il üzrəsentyabr ayına qədərkeşbek və ƏDV bonusları şəklində müştərilərimizə 52 milyon manat həcmində vəsait qaytarmışıq. Sorğu mərkəzinə daxil olan müraciətlərin 40%-dən çoxu canlı əlaqə qurmadan AI çat bot vasitəsilə cavablandırılmaqla xidmət sürəti bir neçə dəqiqədən 4-5 saniyəyədək endirilib.

Təşəkkür edirəm, Fərid bəy, son olaraq  Kapital Bank-ı seçən müştərilərə nə demək istəyərdiniz?

Öncəmüştərilərimizə bizi seçdikləri, bazara təklif etdiyimiz məhsulları sevərək istifadə etdikləri və bununla da bizi yeni həllər yaratmağa sövq etdikləri üçün təşəkkür edirəm. Bu gün, haqqında danışdığımız BirbankStarda müştərilərimizin istəklərindən ilhamlanıb yaratdığımız məhsullarımızdandır. Odur ki, hamını bu kartı sifariş etməyə dəvət edirəm. Bildirmək istəyirəm ki, çətin hesablamalar, faizlər və komissiyalar dövrü BirbankStar-la bitdi.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment