1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 5-ci iclası keçirilib
02.10.2024

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 5-ci iclası keçirilib 

Dövlət və özəl qurumların nümayəndələrinin iştirak etdiyi Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının iclasında əməkdaşlıq imkanları müzakirə edilib.

Bakıda Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 5-ci iclası keçirilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə hər iki ölkədən rəsmi şəxslər və iş adamları iştirak ediblər.

İclasda iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və Səudiyyə Ərəbistanının Palatalar Federasiyasının İdarə Heyətinin sədri Həsən Əl-Huvaizi iki ölkə arasında iqtisadi-ticarət əlaqələri, investisiya qoyuluşu və ixrac imkanları barədə fikirlərini bölüşüblər.

İşgüzar Şuranın həmsədrləri - “Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Daxil və KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki səfiri İssam bin Saleh əl-Cuteyli, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin - AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev işgüzar dairələr arasında ticarət və investisiya sahəsində əlaqələrin genişləndirilməsi perspektivləri, Azərbaycanda yerli və xarici iş adamlarına göstərilən dəstək və xidmətlər, İşgüzar Şuranın fəaliyyəti barədə məlumat veriblər.

Tədbir çərçivəsində həmçinin, hər iki ölkənin iş adamlarının iştirakı ilə birgə təşəbbüslərin və layihələrin reallaşdırılması, işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi sahəsində Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının rolunun gücləndirilməsi, qarşılıqlı investisiyaların təşviqində KOB-ların rolunun artırılmasına dair fikir mübadiləsi aparılıb, təqdimatlar və iş adamları arasında B2B görüşlər keçirilib.

Qeyd: Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurası 2022-ci ildə yaradılıb. Hər iki ölkədən biznes nümayəndələrinin təmsil olunduğu İşgüzar Şura sahibkarların təşəbbüslərini dəstəkləyir, onlar arasında birbaşa əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, görüşlərin və müxtəlif tədbirlərin təşkilinə kömək edir, iş adamları arasında informasiya mübadiləsini həyata keçirir.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment