Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalının klinik bazasında ali və orta ixtisastəhsili müəssisələrinin tələbələrinəsubbakalavr, baza təhsili və rezident səviyyəsində tədris keçirilir. Hal-hazırda Mərkəzi Hospitalının klinik bazasında xarici tələbələrdən ibarət bir qrup tələbələrin tədrisi təşkil olunub. Onların arasında ABŞ, Çexiya Respublikası, Səudiyyə Ərəbistan, Kenya, İraq, Misir, Böyük Britaniya və digər ölkələrdən olan tələbələr tədris proqramına əsasən xəstələrin müalicəsi ilə tanış olurlar.
Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, dosent, t.ü.f.d., Dr.İsmayıl Əfəndiyevin rəhbərliyi ilə və Elmi Təcrübi Tədris Mərkəzinin rəisi, t.e.d., Dr.Rəşad Mahmudovun və Mərkəzi Gömrük Hospitalının həkimlərinin dəstəyi ilə ən müasir səviyyədə tədris aparılır.
Tələbələr onlara yaradılan şəraitdən çox məmnundurlar.Azərbaycanın klinik tədris mərkəzləri arasında özünəməxsus yer tutan Mərkəzi Gömrük Hospitalının bazasında həyata keçirilən bu tədris prosesi keyfiyyətli tibb kadrlarının hazırlanmasına öz töhfəsini verəcəkdir.