1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


ABFTC tərəfindən “MKOB-ların maliyyələşdirilməsində risklərin idarə edilməsi” və “MKOB Kreditləşməsi tənzimləmə çərçivəsi üzrə uy&
11.10.2024

ABFTC tərəfindən “MKOB-ların maliyyələşdirilməsində risklərin idarə edilməsi” və “MKOB Kreditləşməsi tənzimləmə çərçivəsi üzrə uyğunluq” mövzularında təlimlər keçirilib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bank sektoru üzrə tələbin təşviqi məqsədilə tədbirlər həyata keçirilir, ABA və onun törəmə müəssisəsi olan ABFTC tərəfindən müvafiq dəstək tədbirləri görülür.

Bu prosesin davamı olaraq, 26-27 sentyabr 2024-cü il tarixlərində  Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) tərəfindən “MKOB-ların maliyyələşdirilməsində risklərin idarə edilməsi” və “MKOB Kreditləşməsi tənzimləmə çərçivəsi üzrə uyğunluq” mövzularında təlimlər keçirilmişdir.

İki günlük baş tutan təlim proqramında təlimçilər qismində “Bank Respublika”ASC-nin Risklərin idarəedilməsi departamenti-direktor müavini Haşım Əliyev, “Bank Respublika”ASC-nin  Anderraytinq Departamenti, İstehlak kreditlərinin təhlili şöbəsinin müdiri Rasim Qasımov və “Kapital Bank” ASC-nin  Korporativ kreditlərin təhlili şöbəsinin meneceri Nicat Mustafazadə çıxış etmişdirlər.

Xatırladaq ki, bundan əvvəl 15-16 iyul 2024-cü il tarixlərində “MKOB-ların maliyyələşdirilməsi mövzusuna giriş”, “Anderraytinq prinsipləri”   mövzularında iki təlim təşkil edilmiş və 34 nəfər iştirak etmişdir.

Ümumilikdə isə bu tədbirlər çərçivəsində 67 nəfər bank əməkdaşı bu təlimlərdən faydalanmışdır.

Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-ə yaxın mövzu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

Əlavə edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının Virtual Təhsil Platforması (edu.e-cbar.az) fəaliyyət göstərir. Platformaya iqtisadiyyat, bank-maliyyə sahəsində bilik və bacarıqların əldə edilməsini dəstəkləyən 40-dan çox ödənişsiz kurs yerləşdirilib. Virtual təhsil platfomasının interaktiv multimedia resurslarından istifadə etməklə, istənilən yerdə və istənilən zaman peşəkarlıq səviyyəsini təkmilləşdirmək mümkündür.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment