1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


İnnovasiya və texnologiyanın birləşdiyi “INMerge” İnnovasiya Sammiti davam edir
11.10.2024

10 oktyabr 2024-cü il tarixində Bakıda PASHA Holding-in təşkilatçılığı ilə “INMerge Innovation Summit”in açılış mərasimi baş tutub. İki gün davam edən sammit regionun innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar vəi nvestorlar arasında əməkdaşlığı təşviq etmək, iştirakçılar arasında fikir və təcrübə mübadiləsi üçün platforma yaratmağı hədəfləyir.

Sammitdə yerli və beynəlxalq ekspertlərin iştirakı ilə “Fintech”, “Telekommunikasiya”, “E-ticarət”, “Süni intellekt”, “Marketinq”kimi önəmli və dünyanın diqqət mərkəzində olan mövzular müzakirə edilir.

Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev, PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov, Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov öz fikirlərini və təcrübələrini bölüşüblər.

PAŞA Holding-in Baş İcraçı direktoru Cəlal Qasımov çıxışında sammitin əhəmiyyətini yüksək dəyərləndirib: “Regionun əsas iqtisadi oyunçularından biri kimi biz cəmiyyətimizin inkişafını dəstəkləməkdə qərarlıyıq. İnnovasiya bizim üçün sadəcəbir anlayış yox, həm də tərəqqinin rəmzidir. Bu sammit vasitəsilə biz regionun innovasiya ekosisteminin inkişafına dəyərli töhfə veririk”.

Qeyd edək ki, tədbirin ilk günüqlobal və yerli spikerlərin çıxışları ilə yadda qalıb. O cümlədən “YouTube”un həmtəsisçisi Stiv Çen, “Harvard Business School”un professoru Linda Hill və digər nüfuzlu şəxslər sammit iştirakçıları qarşısında çıxış ediblər. Sammitin ikinci günündə isə “Starbucks”ın həmtəsisçisi Zev Siegl, “Amazon”un Baş texnologiya direktoru Verner Vogels və “Waze”in qurucusu Uri Levin kimi spikerlər çıxış edib. 

Sammit çərçivəsində Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov da “Fintech” panelində çıxış edərək, ödəniş həlləri sahəsində təklif olunan yeniliklərdən və bu texnologiyaların müştərilərə təqdim etdiyi faydalardan bəhs edib. Fərid Hüseynovun çıxışında qeyd etdiyi məqmalar Kapital Bank-ın maliyyə texnologiyalarının inkişafına verdiyi töhfəni və bankın bu sahədəki liderliyini bir daha vurğulayır.

Bundan əlavə Kapital Bank-ın “INMerge” İnnovasiya Sammitində olan stendi qonaqların böyük marağına səbəb olub. Ziyarətçilər stenddə virtual reallıq (VR) texnologiyasını sınaqdan keçirib. Sadə tapşırıqları yerinə yetirən iştirakçılar “Umico Market” və “Dukan”dan hədiyyələr qazanıblar. Stend tədbir iştirakçılarının böyük marağına səbəb olub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment