1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Çinin telekommunikasiya texnologiyaları şirkəti ilə Anlaşma Memorandumu imzalanıb
16.10.2024

Çinin telekommunikasiya texnologiyaları şirkəti ilə  “ağıllı” texnologiyaların tətbiqi istiqamətində əməkdaşlıq ediləcək.

Azərbaycan İnvestisiya Holdinqi ilə Çinin "FiberHome Telecommunication Technologies Co., Ltd." şirkəti arasında əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb. Bununla əlaqədar keçirilən tədbirdə iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan İnvestisiya Holdinqinin Baş icraçı direktoru Ruslan Əlixanov, “FiberHome Telecommunication Technologies Co., Ltd”nin Baş icraçı direktoru Hai Lan iştirak ediblər.

Tədbirdə 2030-cu ilə qədər Azərbaycanın sosial-iqtisadi inkişafına dair Milli Prioritetləri barədə məlumat verilib, sənəddə ölkəmizin müasir innovasiyalar məkanına çevrilməsinin qarşıya hədəf kimi qoyulduğu qeyd edilib. Bildirilib ki, ölkəmizdə “ağıllı” texnologiyaların tətbiqinin genişləndirilməsi məqsədilə dünyanın aparıcı şirkətləri ilə uğurlu əməkdaşlıq əlaqələri qurulub və mühüm layihələr icra edilir.

Bu gün telekommunikasiya texnologiyaları sahəsində ixtisaslaşan  şirkətlə imzalanan sənədin icrası tərəflərin ağıllı infrastruktur, innovativ mexanizmlər və informasiya texnologiyaları istiqamətlərində əməkdaşlığını gücləndirməklə Azərbaycan və Çin arasında biznes tərəfdaşlığının təşviqinə və Azərbaycan İnvestisiya Holdinqinin portfel şirkətləri tərəfindən qabaqcıl biznes təcrübələrinin tətbiqinə təkan verəcək.

Qeyd edək ki, "FiberHome Telecommunication Technologies Co., Ltd." şirkəti 1999-cu ildən fəaliyyət göstərən Çinin nəhəng telekommunikasiya texnologiyaları şirkətlərindən, habelə dünyanın ən böyük fiber-optik kabel istehsalçılarından biridir. Şirkət optik ötürmə sistemləri, İP şəbəkələri, məlumat mərkəzləri və müasir şəbəkə infrastrukturu həlləri kimi sahələrin daxil olduğu geniş məhsul portfelinə sahibdir və dünyanın 90-dan çox ölkəsində məhsul və xidmətlərin satışını həyata keçirir.

 


     



15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi
 



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment