1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Patomorfoloji Diaqnostika şöbəsində müayinələr yüksək dəqiqliklə həyata keçirilir
17.10.2024

Mərkəzi Gömrük Hospitalının müasir mikroskop və histoloji avadanlıqlarla tam təchiz olunmuş Patomorfoloji Diaqnostika şöbəsində histomorfoloji, sitoloji, histokimyəvi, immunohistokimyəvi müayinələr yüksəkixtisaslı həkim-patomorfoloqlar tərəfindən həyata keçirilir.

Patomorfoloji müayinə toxuma və orqanlarda mövcud olan patoloji prosesi hüceyrə səviyyəsində müəyyən etmək üçün insan orqanizminin ətraflı öyrənilməsi üsuludur. Bu müayinələr xəstəliyin diaqnostikası, mərhələsinin müəyyən edilməsi, differensial diaqnostika, müalicə taktikası və istiqamətinin təyini, kimyəvi dərman və radiasiya müalicəsi zamanı terapevtik effektivliyin təyin edilməsində böyük əhəmiyyət kəsb edir. Histoloji analiz üçün material vizual nəzarət altında: endoskopiya, ultrasəs, KT, MRT və ya əməliyyat zamanı biopsiyadan istifadə etməklə əldə edilir. Mədə-bağırsaq traktının endoskopik müayinəsi zamanı biopsiya standart diaqnostik prosedurdur.

Patomorfoloji diaqnostik müayinələr həm şiş/neoplastik proseslərdə, həm də qeyri-şiş iltihabi patologiyalar zamanı aparılır. Əməliyyat sırasında aparılan təcili müayinələr zamanı toxumalar Leica Frozen cihazı ilə kəsilib hazırlanır. Geniş spektrumda immunohistokimyəvi boyamalar həm manual, həm də Leica BOND Max Biosystem cihazı ilə həyata keçirilir. Materialların ümumi işlənməsində hermetik biosistemdən istifadə olunur. Patomorfoloji laboratoriyada spesimenlər Leica CM 1100 (Almaniya), Sacura ACCU-CUT (Yaponiya) mikrotomlarda kəsilir, Nikon Eclipse 50 İ mikroskoplarda vizual müayinələr aparılır. Histoloji, histokimyəvi və immunohistokimyəvi tədqiqatlarda İtaliya və Almaniya istehsalı olan reaktivlərdən istifadə edilir.

Patomorfoloji Diaqnostika şöbəsinin rəisi, uzman patomorfoloq Zərifə Yusifli, patomorfoloqlar Müqabil Şıxaliyev və Emin Mirzəyev müayinələri yüksək dəqiqliklə həyata keçirirlər.


Mərkəzi Gömrük Hospitalının

PR üzrə mütəxəssisi  Dilarə Zamanova

 


     



15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi
 



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment