1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank “COP29 Human Capital Forum”tədbirində 2 mükafata layiq görüldü
18.10.2024

Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə olaraq “Dayanıqlı gələcək üçün yaşıl insan resursları” şüarı altında “COP29 Human Capital Forum” tədbiri keçirilib. Tədbirin keçirilməsində məqsəd ölkəmizdə insan kapitalının davamlı inkişafı, işçi bağlılığının gücləndirilməsi, iqlim dəyişikliyi ilə mübarizədə innovativ insan resursları həlləri kimi fərqli təcrübələrin dialoqlar, müzakirələr və fikir mübadilələri ilə paylaşılması idi. 

Tədbirdə bu istiqamətdə uğurlu təcrübə təqdim edən şirkətlər də mükafatlandırılıb. Təltif edilənlər sırasında ölkənin birinci bankı Kapital Bank-da var. “Ən yaxşı işçi bağlılığı strategiyası” və “Ən yaxşı yaşıl İnsan Resursları startegiyası”  nominasiyalarında mükafatlar bankın rəsmi nümayəndələrinə təqdim edilib. 

Kapital Bank-ın İstedadların İdarə Edilməsi departamentinin direktoru Aygün Musayeva “Yaşıl dünya naminə həmrəylik ili”ndə bu mükafatları qazanmağın qürurunu bölüşüb. “Komandamız dünyanın ən son texnoloji yenilikləri ilə ayaqlaşaraq daim öz üzərində işləyir və bankımızın təqdim etdiyi mükəmməl inkişaf imkanlarından faydalanır. Bu isə bizə müştərilərimiz üçün innovativ xidmətlər təqdim etmək fürsəti yaradır. Biz müasir dövrdə dayanıqlılığın və yaşıl düşüncənin əhəmiyyətini anlayır, inandığımız bu doğru yolda irəlləyir, inkişaf edirik. Biz İnsan Resursları proseslərimizdən kağızı demək olar ki, çıxarmaqla və onları rəqəmsal platformalara daşımaqla yaşıl İR istiqamətində böyük yol qət etmişik. Eləcə də, bankda işləyən hər kəsin burada hər gün özünü xoşbəxt hiss etməsinə və mükəmməl iş yerinin yaratdığı çoxsaylı imkanlardan yararlanmasına böyük önəm veririk. Biz doğru yoldayıq!”.

Xatırladaq ki, ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkətlərdən biri olan Kapital Bank nüfuzlu“Great Place To Work” – “Mükəmməl iş yeri” mükafatını Azərbaycanda alan ilk və tək bankdır. Bank ardıcıl olaraq 2 ildir bu mükafata layiq görülür. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az  saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.  

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment