1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank “SIBOS 2024” beynəlxalq sərgisində
21.10.2024

Ölkənin birinci bankı Kapital Bank 21-24 oktyabr2024-cü il tarixlərində Çinin paytaxtı Pekində keçirilən “SIBOS 2024” beynəlxalq sərgisində ölkəmizi təmsil edir.Maliyyə dünyasının gələcəyini müzakirə etmək və yeniliklərə birgə addım atmaq məqsədilə dünyanın hər yerindən 10 000-ə yaxın iştirakçını, 125-dən çox beynəlxalq eksponenti bir araya gətirən sərgidə Kapital Bank öz stendi ilə iştirak edir.  

Tədbirin ilk günü bankın İdarə Heyətinin sədri Fərid Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti Çin, İtaliya, Böyük Britaniya, İsveçrə, BƏƏ və İspaniya kimi ölkələrin aparıcı bank və maliyyə institutları ilə səmərəli görüşlər keçirib. Bu görüşlərdə maliyyə texnologiyaları, rəqəmsallaşma, maliyyə infrastrukturunun təkmilləşdirilməsi və beynəlxalq əməkdaşlıq perspektivləri müzakirə olunub. Növbəti günlərdə də bu görüşlərin davam etdirilməsi planlaşdırılır.

Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynov öz sosial şəbəkə hesablarında tədbir haqqında fikirlərini bölüşərək bildirib: “Sibos kimi mötəbər beynəlxalq tədbirdə iştirakımız qlobal maliyyə icması ilə əlaqələrin möhkəmləndirilməsi, yeni tərəfdaşlıqların qurulması, eləcə də bankımızın əldə etdiyi nailiyyətləri, rəqəmsal transformasiya istiqamətindəki strateji planlarını və maliyyə sektoruna təqdim etdiyi yenilikləri beynəlxalq arenada nümayiş etdirmək baxımından əhəmiyyətli addımdır.”  

Qeyd edək ki, 1978-ci ildən hər il ənənəvi olaraq keçirilən beynəlxalq sərgi bu il 24 oktyabr 2024-cü il tarixinədək dünyanın maliyyə liderlərini bir araya gətirməyə davam edir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment