1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Unibank Azərbaycan maliyyə bazarı üçün birilkə imza atıb
22.10.2024

Unibank Azərbaycan bazarında ilk dəfə olaraq qabaqcıl beynəlxalq standartlara uyğun, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən qiymətli kağızlar buraxır. Bu istiqrazlar,yaşıl maliyyələşmənin inkişafına töhfə verməklə, investorlara“dayanıqlı gələcəyə” yatırım etmək imkanı yaradır. Faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazların tədavül müddəti 36 ay, nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 11,5%, kupon ödəniş dövrü hər 3 aydan bir, emissiya həcmi isə 20 milyon manat təşkil edir. 

“Unibank KB” ASC-nin İH-nin sədri Fərid Abuşov bildirib ki, müstəqil beynəlxalq qiymətləndirici tərəfindən yaşıl maliyyələşmə meyarlarına uyğun istiqrazların buraxılması təşəbbüsü, milli prioritetlərimizinrealizasiyasının dəstəkləməsi və ölkəmizdə maliyyə sektoru tərəfindən ilk olması baxımından qürurvericidir: “Bu istiqrazlar, maliyyə məqsədlərimizin ətraf mühit və sosial problemlərin həlli üzrə formalaşan çağırışlar və ölkəmizin sosial-iqtisadi inkişaf strategiyası ilə uyğunlaşdırıldığını göstərən əhəmiyyətli təşəbbüslərdən biri olmaqla yanaşı, həm də COP29 öncəsi iqlim maliyyələşməsinin inkişafınındəstəklənməsinə yönəlmiş bir addımdır. Yaşıl layihələrin maliyyələşdirilməsi məqsədilə buraxılmış bu istiqrazlar, iqlim dəyişmələrininmitiqasiyası üzrə tədbirləri dəstəkləməklə, dayanıqlı maliyyələşmənin və “yaşıl artım”ın təmin edilməsinə Bankımız tərəfindən töhfə verilməsinihədəfləyir. Yaşıl layihələr dedikdə, biz, qabaqcıl beynəlxalq standartlara uyğun olaraq, enerji səmərəliliyi, bərpa olunan enerji, təmiz nəqliyyat, dayanıqlı tikinti və digər layihələri nəzərdə tuturuq. Bu layihələrə maliyyələşmənin artırılması ətraf mühit, sosial və iqtisadi dayanıqlığın dəstəklənməsi baxımından zəruridir.”

Unibank sədri qeyd edib ki, qabaqcıl beynəlxalq təcrübə və aparılmış araşdırma nəticələridayanıqlı maliyyə prinsiplərinin və ESG faktorlarının maliyyə institutları tərəfindən biznes strategiyasına, korporativ idarəetmə və risklərin idarə edilməsi sistemlərinə inteqrasiyasının uzunmüddətli dövrə onların dayanıqlığının təmin edilməsi üçün zəruri olduğunu göstərir: “Bu, bizim hazırda bu mövzuda requlyatorun da tövsiyələri nəzərə alınmaqla  formalaşdırdığımız dayanıqlı maliyyə yanaşmamızı dəstəkləyir. Dayanıqlı maliyyə yanaşmamızın əsas komponentlərindən biri məhz şəffaflığın və bütün maraqlı tərəflərə hesabatlılığın təqdim edilməsidir. Bununla bağlı, həm istiqrazlar vasitəsilə maliyyələşdirilən yaşıl layihələrin irəliləyişi və təsiri, həm də dayanıqlı maliyyə yanaşmamızın digər təşəbbüsləri üzrə şəffaflığını və hesabatlılığını təmin edəcəyik”.

Beynəlxalq standartlara uyğun olaraq, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən bu qiymətli kağızlar, Astana Beynəlxalq Maliyyə Mərkəzinin müsbət rəyi ilə buraxılır. Qeyd edək ki, bir müddət öncə Unicapital İnvestisiya Şirkəti və Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) nəzdindəki “Yaşıl Maliyyə Mərkəzi” arasında Referal Saziş imzalanıb. Ekoloji təmiz gələcəyə yatırım etmək istəyən investorlar müraciət üçün linkə keçid edə bilərlər: https://unicapital.az/unibank-istiqrazlari-apply/

İstiqrazlar həm fiziki, həm də hüquqi şəxslər tərəfindən əldə oluna bilər. Bu zaman fiziki şəxslər bütün komissiya xərclərindən və gəlir vergisindən azad edilirlər. Nominal qiymətin əlçatanlığı, kiçik həcmdə investisiya etmək istəyənlərin bankın yüksək gəlirli yatırım alətindən faydalanmasına imkan verir. Hərrac “Unicapital İnvestisiya Şirkəti” ASC-nin anderraytinq dəstəyi ilə Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə (nominal qiymətlə) həyata keçiriləcək.

Unibank-Sənin Bankın!


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment