1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Tələbələr üçün “Emosional zəka” və “Karyeraya doğru yol” adlı təlimlər keçirilib
23.10.2024

Geniş xidmət şəbəkəsi və müştərilərinə təqdim etdiyi müasir həllərləölkənin maliyyə sektorunda əhəmiyyətli rol oynayan Kapital Bank, həmçinin gənc kadrların inkişafına və cəmiyyətin rifahına yönəlik müxtəlif layihələr həyata keçirir. Xüsusən təhsilə dəstək istiqamətində bir çox layihələrlə gündəmə gələn bank, tələbələrin peşəkar kadr kimi inkişaf etdirilməsi mövzusunda ölkənin bir çox ali məktəbi ilə əməkdaşlıq edir. Bunun üçün Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, eləcədə Bakı Mühəndislik Universitetində müasir texnoloji standartlara cavab verən “Kapital Bank” otaqları fəaliyyət göstərir. Bu otaqlarda tələbələr müasir dövrün tələblərinə uyğun təhsil almaqla yanaşı vaxtaşırı bankın peşəkar mütəxəssisləri tərəfindən təlimlərə cəlb olunurlar. Bu istiqmaətdə növbəti təlim Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) baş tutub. 

Belə ki, ötən gün Karyera Mərkəzi və Kapital Bankın birgə təşkilatçılığı ilə tələbələr üçün “Emosional zəka” və “Karyeraya doğru yol” adlı interaktiv təlim və vörkşop keçirilib. Tələbələrlə öz təcrübələrini Kapital Bank-ın İstedadların cəlbi və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova və İşçi bağlılığı və motivasiya şöbəsinin Baş mütəxəssisi Nərmin Əhmədzadə bölüşüb. 

Təlimlər düzgün karyera planlamasının aparılması, işə qəbul prossesinin ardıcılıqları, müsahibə zamanı diqqət olunmalı məqmalar, emosiyaların idarə edilməsi, onların düzgün yönləndirilməsi və istifadəsi kimi mövzularda verilib. Eyni zamanda təlimçilər tərəfindən interaktiv vörkşop və komanda oyunları keçirilib. 

“Auditoriyada məzun var” layihəsi çərçivəsində isə Azərbaycan Dövlət İqtisad Universitetinin məzunu olmuş Nərgiz Əzimova öz karyera yolunu tələbələrlə bölüşüb, onların suallarını cavablandırıb.  

Sonda layihədə aktiv iştirak edən tələbələrə hədiyyə və sertifikatlar təqdim olunub.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment