1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank “SIBOS 2024”beynəlxalq sərgisində iştirakını uğurla yekunlaşdırdı
24.10.2024

21-24 oktyabr 2024-cü il tarixlərində Pekində baştutan “SIBOS 2024” beynəlxalqsərgisi yekunlaşdı. Dünya maliyyə sektorunun aparıcı oyunçularını bir araya gətirən sərgi  gələcək maliyyə trendlərinin müzakirə olunduğu mühüm platforma oldu. Ölkənin birinci bankı Kapital Bank, keçdiyi rəqəmsal transformasiya yolunu və tətbiq etdiyi innovativ həlləri təqdim edərək sərgidə iştirakını uğurla tamamladı. 

Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti dünya maliyyə nəhəngləri ilə keçirilən strateji görüşlərdə iştirak edərək rəqəmsallaşma və maliyyə texnologiyaları sahəsində beynəlxalq əməkdaşlıq perspektivlərini müzakirə etdi. Bu görüşlər bank üçün yalnız mövcud müxbir əlaqələrin gücləndirilməsi deyil, eyni zamanda yeni bazar imkanlarının dəyərləndirilməsi baxımından da əhəmiyyətli oldu. Daha bir vacib məqam isə Fərid Hüseynovun beynəlxalq mətbuata verdiyi müsahibə oldu. Müsahibədə Azərbaycanın bank sektorunda həyata keçirilən rəqəmsal transformasiya, yeniliklər və gələcək inkişaf perspektivləri haqqında geniş məlumat verildi.

Tədbir çərçivəsində Kapital Bank-ın stendində yüzlərlə ziyarətçi bankın fəaliyyət sahələri ilə tanış olaraq Azərbaycandakı bankçılıq təcrübəsi, rəqəmsal transformasiya addımları və innovativ həllər haqqında məlumat aldı. Ölkəmizin sahib olduğu milli mənəvi dəyərləri beynəlxalq arenda tanıtmaq məqsədilə ziyarətçilərə milli atributlarla zəngin xüsusi hədiyyələr təqdim olundu. 

Kapital Bank üçün “SIBOS 2024” beynəlxalq maliyyə icmasına dərin inteqrasiya, yeni tərəfdaşlıqlar və innovativ həllərin beynəlxalq arenada tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir. Qlobal maliyyə bazarının inkişafına yön verən bu tədbirdə iştirak etmək bankın uzunmüddətli strategiyasında irəliyə atılmış əhəmiyyətli addımlardan biridir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment