1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


AccessBank-la “Bizdən Biznesə” startap müsabiqəsinə qoşulun,biznesinizə start verin!
25.10.2024

Azərbaycanda sahibkarlığın inkişafına dəstək olan, bazara innovativ maliyyə həlləri və alətləri təqdim edən AccessBank Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə “Bizdən Biznesə”startap müsabiqəsinə start verdiyini elan edir.”

Layihə innovasiyaları stimullaşdırmaq, yeni sahibkarlara imkanlar yaratmaq, startaplar üçün biznes ideyalarını reallaşdırmağa platforma təqdim etməklə iqtisadi artımı dəstəkləmək məqsədi daşıyır.

Bundan əlavə layihə Azərbaycanda kiçik və orta sahibkarlığa mentorluq və maliyyə dəstəyinin göstərilməsi, davamlı inkişaf və cəmiyyətə müsbət təsir potensialı olan perspektivli biznes konsepsiyaların araşdırılması, iqtisadi inkişafı təşviq etmək məqsədilə uğurlu sahibkar şəbəkəsinin formalaşdırmasını hədəfləyir.

Müsabiqədə iştirak üçün son tarix – 24 noyabr 2024 il.

“Biz, AccessBank olaraq 22 ildir ki Azərbaycanda kiçik və orta sahibkarlara dəstək verməklə bərabər, ölkəmizin iqtisadi inkişafına töhfə verməkdən qürur duyuruq. Elə “Bizdən Biznesə” startap müsabiqəsinin əsas məqsədi də maraqlı ideyası olan insanlara dəstək olmaqdan ibarətdir. Ümid edirik ki, bu layihə bir çoxlarını həvəsləndirəcək və yeni başlanğıclara təkan verəcək. İnanıram ki, digər təşkilatlar da analoji layihələrlə Azərbaycanda şəxsi biznes arzusunda olanlara dəstək olacaq və sahibkarlıq sahəsi daha da zənginləşəcək”, - AccessBank-ın İdarə Heyətinin üzvü Renat Hümbətov deyib.

“Bizdən Biznesə” layihəsində yaşı 18-dən yuxarı olan,innovasiya və kreativlik, davamlılıq və gəlirlilik meyarlarına cavab verən layihələri təqdim edən Azərbaycan vətəndaşları iştirak edə bilər.

Seçim zamanı yaşıl iqtisadiyyatın inkişafı, qadınların cəmiyyətdə rolunun gücləndirilməsinə yönələn layihələr, eləcə də, işğaldan azad edilmiş ərazilərdə reallaşdırılacaq layihələrə üstünlük veriləcək. 

“Bizdən Biznesə” layihəsinin ümumi mükafat fondu 60 000 AZN təşkil edir. I yerin sahibinə biznes planın həyata keçirilməsi üçün bank tərəfindən 25 000 AZN, IIyerin sahibinə 20 000 AZN, III yerin sahibinə isə 15 000 AZN dəyərində mükafat təqdim edilir.

Layihə haqında daha ətraflı məlumat almaq və müraciət etmək üçün: “Bizdən Biznesə”

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 21-i bölgələrdə olmaqla, 35 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment