1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank-dan qızların təhsilinə dəstək: “Arzumuz var” sloqanı ilə təqaüd proqramına start verilir
31.10.2024

Ölkənin birinci bankı Kapital Bank korporativ sosial məsuliyyət sahəsində daha bir addım ataraq həssas qrupdan olan qızların təhsilinə dəstək göstərmək məqsədilə yeni təqaüd proqramına start verib. Proqram ötən gün Kapital Bank və Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında imzalanan memorandum çərçivəsində həyata keçiriləcək. 

Qızların təhsil imkanlarının artırılması, onların cəmiyyətdə sosial aktivliyinin gücləndirilməsi və gələcək inkişaflarına dəstək məqsədi daşıyan memorandumu Kapital Bank-ın İdarə Heyətinin sədri, Baş İcraçı direktor Fərid Hüseynov və Azərbaycan RespublikasınınAilə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova imzalayıb.

Tədbirdə çıxış edən Fərid Hüseynov Kapital Bank-ın təhsilə dəstək verərməklə bazarda ixtisaslı və peşəkar kadrların yetişdirilməsinə töhfə verdiyini vurğulayıb. O qeyd edib ki, bu kadrlar arasında qızların olmasıolduqca qürurvericidir: “Qızların təhsilinə dəstək ölkəmiz və region üçün vacib bir mövzudur. Biz bilirik ki, bəzi regionlarda qızların təhsilinə mane olan sosial və iqtisadi baryerlər var. Kapital Bank olaraq bu çətinliklərin öhdəsindən gəlməkdə və qızlarımızın daha güclü, müstəqil fərdlər kimi formalaşmasında həyata keçirdiyiniz layihələrdə sizin yanınızda olmaqdan məmnunuq”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova da çıxışında bu əməkdaşlığın cəmiyyətin inkişafı üçün önəmini vurğulayıb: “Dövlət və özəl sektorun tərəfdaşlığı, xüsusilə qızların təhsilində bərabər imkanların yaradılmasına böyük töhfə verir. 2021-ci ildən başlayaraq qızların təhsilinə dəstək məqsədilə Komitənin həyata keçirdiyi layihələr ictimaiyyət arasında xüsusi maraq doğurur və geniş vüsət alır. İnanıram ki, bu layihə də onların gələcək uğurlarına vəsilə olacaq”.

Qeyd edək ki, “Arzumuz var” sloqanı ilə həyata keçirilən təqaüd proqramı çərçivəsində ilk mərhələdə paytaxt Bakı və bölgələrdən olan 15 nəfər abituriyentə dəstək göstəriləcək. 

Kapital Bank və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında qurulan bu tərəfdaşlıq, həssas qrupdan olan abituriyent qızların təhsilinə investisiya qoyaraq, onların güclü, müstəqil və ölkənin gələcək inkişafında aparıcı rol oynayan fərdlərə çevrilməsinə imkan yaradacaq.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment