1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


“TələbəPlus” kartı ilk sahiblərinə təqdim edildi: tələbələri geniş imtiyazlar gözləyir
05.11.2024

KapitalBank, Təhsilin İnkişafı Fondu (TİF)və “Visa”beynəlxalq ödəmə texnologiyaları şirkəti arasında imzalanan memoranduma əsasən tələbələrə yeni həllər təqdim edən“Tələbə Plus”kartının təqdimatına start verilib.

4 noyabr 2024-cü il tarixində Bakı Dövlət Universitetində (BDU) həyata keçirilən tədbirdə qəbul imtahanlarında ən yüksək bal toplayaraq BDU-ya daxil olan 14 nəfər I kurs tələbəsinə “TələbəPlus” kartı təqdim olunub.

Mərasimdə açılış nitqi ilə çıxış edən BDU-nun rektoru Elçin Babayev bu layihənin uğurlu olacağına inandığını, ali təhsil müəssisələrinin yaradılan imkandan kifayət qədər bəhrələnəcəyini, bu kartların tələbələrə ən müxtəlif istiqamətlərdə geniş imtiyazlar təqdim edəcəyini, tələbələrin təhsil, səhiyyə, mədəniyyət və digər xidmətlərlə bağlı endirimlərdən faydalana biləcəklərini vurğulayıb.  

Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov da öz növbəsində “Tələbə Plus” kartlarının ilk istifadəçiləri olan BDU tələbələrini təbrik edib. O, bu layihənin dövlət-özəl tərəfdaşlığının uğurlu nümunəsi olduğunu qeyd edib. Layihənin növbəti mərhələdə peşə və orta ixtisas təhsilinə də şamil ediləcəyini bildirən sədr növbəti tədris ilində təhsil sahəsində çalışan əməkdaşların da layihədən yararlana biləcəklərini vurğulayıb.

Kapital Bank-ın Korporativ Satışlar departamentinin direktoru Qara Əbdülrəhmanov bildirib ki, “Tələbə Plus” tələbələrə xüsusi imtiyazlar təqdim etməklə yanaşı, onların gündəlik həyatlarını daha rahat və rəqəmsal bir müstəviyə keçirəcək.  Belə ki, kart tələbələrə gündəlik xərclərini daha səmərəli şəkildə izləmək fürsəti yaradacaq.

“Visa”nın Azərbaycan üzrə ölkə meneceri Nurlan Hacıyevsə “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkətinin Azərbaycan təhsilinə dəstək göstərməyə hər zaman hazır olduğunu qeyd edib və bu layihənin bir hissəsi olmaqdan məmnunluğunu bildirib.  

Xatırladaq ki, “Tələbə Plus” kartı təlim mərkəzləri, geyim, yemək, qida sahələri üzrə tələbələrin ən çox müraciət etdikləri 200-dən artıq partnyorda imtiyazlar, endirimlər almaq fürsəti yaradır. Həmçinin, Mədəniyyət Nazirliyi ilə imzalanan müqaviləyə əsasən mədəniyyət obyektləri, muzeylər, sərgi salonlarından istifadə zamanı da tələbələr üçün güzəştlər tətbiq olunacaq. Gələcəkdə idman, səhiyyə, nəqliyyat sahələrində də xidmətlərin “Tələbə Plus”a qoşulması planlaşdırılır.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment