1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


COP29 çərçivəsində KOB-ların yaşıl keçidinə dəstək məqsədilə əməkdaşlığa dair sənədlər imzalanıb
13.11.2024

COP29 çərçivəsində KOB-ların yaşıl keçidinə dəstək məqsədilə əməkdaşlığa dair sənədlər imzalanıb 

KOBİA-nın təşəbbüsü ilə hazırlanmış “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”ni ITC və SEBRAE öz həmrəyliyini ifadə edərək imzalayıblar.

Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində KOB-ların yaşıl keçidinin təşviqinə və bu sahədə əməkdaşlığa dair sənədlər imzalanıb. 

“Mavi zona”da təşkil olunmuş imzalanma mərasimində “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” imzalanması üçün beynəlxalq qurum və təşkilatlar üçün açıq elan edilib. İlk olaraq bəyannaməni Beynəlxalq Ticarət Mərkəzi (ITC), Braziliyanın Mikro və Kiçik Müəssisələrə Dəstək Xidməti (SEBRAE), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və BMT-nin iqlim dəyişikliyi üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai imzalayıblar. Müvafiq təşkilatlar adından sənədi ITC-nin icraçı direktoru Pamela Koxamilton, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və SEBRAE-nın prezidenti Desio Lima imzalayıblar. Qeyd edək ki, KOBİA-nın təşəbbüsü ilə hazırlanmış “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” qlobal səviyyədə KOB-ların yaşıl iqtisadiyyata keçidi üzrə birgə səylərin birləşdirilməsi məqsədini daşıyır. Bəyannamə kiçik bizneslərin davamlı biznes modellərinə keçidini dəstəkləmək üçün qlobal əməkdaşlığa çağırır. Bu sənəd kiçik bizneslərə təcrübələri mənimsəməkdə kömək etmək üçün məlumatlılığın və potensialın artırılması, yaşıl maliyyəyə çıxışın yaxşılaşdırılması və innovasiyaların təşviqi öhdəliyini götürür. Bəyannamədə həmçinin, KOB-ların yaşıl təchizat zəncirinə inteqrasiya etməsi və onların xalis sıfır emissiyaya keçidini asanlaşdırmaq üçün əməkdaşlıq və həll yolları vurğulanır. 

ITC, SEBRAE və KOBİA tərəfindən imzalanmış digər sənəd üçtərəfli əməkdaşlıq bəyannaməsi adlanır və BMT-nin 2030 inkişaf gündəliyində qeyd edilmiş dayanıqlı və inklüziv iqtisadi inkişafa nail olmaq və KOB-ların aşağı karbon keçidinin asanlaşdırılması üzrə birgə əməkdaşlığın təşviqini nəzərdə tutur. 

Həmçinin, tədbir çərçivəsində KOBİA və ITC arasında “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”ndən irəli gələn məsələlərə, o cümlədən KOB-ların yaşıl keçidinə dəstək, eləcə də KOB-ların inkişafına dair birgə tədbirlərin icrasını nəzərdə tutan Niyyət Protokolu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və ITC-nin icraçı direktoru Pamela Koxamilton imzalayıblar. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov: “KOB-ların yaşıl keçidi onların rəqabət qabiliyyətini və yeni bazarlara çıxış imkanlarını artırmaqla, dayanıqlı inkişafı təşviq edir. İnanırıq ki, KOBİA-nın təşəbbüsü ilə hazırlanmış “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi” qlobal müstəvidə KOB-ların yaşıl keçidinin asanlaşdırılmasına, nəticədə daha yaşıl bir gələcəyin formalaşmasına öz töhfəsini verəcəkdir. Bəyannamənin təşviqinə ITC və SEBRAE-nın dəstəyi xüsusilə önəmlidir. Müvafiq bəyannamənin reallaşdırılması ilə bağlı əsası qoyulan üçtərəfli əməkdaşlıq həmçinin, Azərbaycan KOB-larının müvafiq təşkilatların təcrübəsindən yararlanmasına da imkan verəcək. KOB-ların yaşıl keçidinin asanlaşdırılmasına dəstək olacaq hər üç sənədin COP29 çərçivəsində imzalanması xüsusilə əhəmiyyətlidir və bu, Azərbaycanın ekoloji dayanıqlılığa sadiqliyini bir daha nümayiş etdirir”.  

Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru Pamela Koxamilton: “Kiçik bizneslər əksər iqtisadiyyatların onurğa sütununu və qlobal təchizat zəncirinin əsas hissəsini təşkil edir. Buna görə də iqlim dəyişikliyi ilə mübarizə məsələlərində KOB-ların fəaliyyəti önəmlidir. KOBİA və SEBRAE ilə birlikdə inkişaf etməkdə olan ölkələrin kiçik bizneslərinin iqlim kontekstində perspektivlərini və çətinliklərini vurğulamağı, yaşıl keçidi idarə edə bilmələri üçün onlara dəstək göstərməyi səbirsizliklə gözləyirik”.

SEBRAE-nin prezidenti Desio Lima: “Kiçik bizneslər təkcə Braziliyada deyil, bütün dünyada imkanları inkişaf etdirmək üçün vacibdir. 2023-cü ildə Braziliyada yaradılan hər on iş yerindən səkkizi mikro və kiçik şirkətlər tərəfindən yaradılıb. Bu il cəlb edilmiş xarici investisiyaların həcminə görə Brazilya dünyada ikinci yeri tutub ki, bu da iqtisadiyyatımızın düzgün inkişaf etdiyini göstərir. İnnovasiya, dayanıqlılıq və inklüzivlik daim aktual olan mövzulardır. Yaşıl keçid yalnız kiçik bizneslərin dəyər zəncirində iştirakı ilə baş verə bilər. Brazilya COP30-a hazırdır”.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment