1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Banklar


Kapital Bank rekord göstərici ilə 4 qızıl “Felis” mükafatı qazandı
18.11.2024

Ölkənin birinci bankı Kapital Bank Türkiyənin nüfuzlu “Felis” mükafatına layiq görülüb. “Felis” hər il Türkiyə və Azərbaycan reklam bazarında yaradıcı yanaşma ilə seçilən və fərq yaradan layihələrə təqdim edilir. Bu il kreativliyi və uğuru ilə fərqlənənlər sırasında Kapital Bank komandasının həyata keçirdiyi 4 layihə də var.  

“Digital&Mobile” (“Rəqəmsal və Mobil”) bölməsində “SMM və Digital Campaign” (“Sosial media marketinq və rəqəmsal kampaniya”) kateqoriyasında qızıl “Felis”i Qırmızı Ürəklər Fondunun həyata keçirdiyi “Türkiyə üçün bir ürək olaq” layihəsi qazanıb. Xatırladaq ki, Fond 2023-cü ilin fevral ayında Türkiyənin müxtəlif bölgələrində insan təlafatı ilə nəticələnən zəlzələ zamanı ianə aksiyası başlatmış və qısa zamanda 750 000 manat toplayaraq qardaş ölkəyə göndərmişdi. 

Kapital Bank-ın28 May Müstəqillik Günü münasibəti ilə “TikTok” sosial şəbəkəsi üçün hazırladığı “Cümhuriyyətin İzi” adlı filter cari ilin seçilən ideyalarından biri oldu. Ümumilikdə 50 000 istifadəçinin video çəkərək paylaşdığı və həmin videoların 30 milyondan çox baxış yığdığı layihərekord göstərici ilə “User participation”(“İstifadəçi aktivliyi”) və “Use of Technology”(“Texnologiyadan istifadə”) kateqoriyalarında 2 “Felis” qazandı. 

Bankın “Ağıllı nağıllar” reklam agentliyi ilə birgə hazırladığı “Birbank x Paster” video çarxı qısa müddətdə izləyicilər tərəfindən çox sevildi və yerli bazarda fərq yarada bildi. Nəticədə layihə “Design&Branding” (“Dizayn və Brendinq”) bölməsində “Moving Image Design” (“Hərəkətli foto dizayn”) kateqoriyasında qalib oldu.

Bu mükafatlar Kapital Bank-ın reklam və marketinq sahəsində də innovasiyalar yaradaraq kreativ liderliyini bir daha təsdiqləyir. 

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment