1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Pediatriya və Neonatologiya şöbəsində həftənin 7 günü 24 saat fasiləsiz neonatoloji və pediatrik tibbi xidmətlər göstərili
19.11.2024

Mərkəzi Gömrük Hospitalının Pediatriya və Neonatologiya şöbəsində yüksəkixtisaslı tibb personalı tərəfindən yenidoğulmuş körpələrin və balaca pasiyentlərin sağlam və gümrah böyüməsi üçün həftənin 7 günü 24 saat fasiləsiz neonatoloji və pediatrik tibbi xidmətlər göstərilir. 

Ən müasir avadanlıqlarla təchiz edilmiş Mərkəzi Gömrük Hospitalında yeni doğulan körpələrə beynəlxalq standartlara və protokollara cavab verən ilkin neonatoloji xidmətlərdən başlayaraq, reanimasiya, intensiv terapiya, təcili yardım, ürək-damar əməliyyatları, travmatoloji əməliyyatlar, böyrək və qaraciyər transplantasiyası, uşaq cərrahiyyəsi və terapiyaya qədər geniş spektrli xidmətlər göstərilir.

Balaca pasiyentlərə həkim-pediatr müayinəsi ilə bərabər, otolarinqoloq, oftalmoloq, travmatoloq, kardioloq, qastroenteroloq, uroloq, uşaq cərrahı tərəfindən də müayinələr həyata keçirilir. Hospitalda ambulator və stasionar şəraitdə balaca pasiyentlərə göstərilən tibbi xidmətlərlə yanaşı, valideynlərə uşağın sağlamlığı və inkişafı barədə vacib məlumatlar verilir ki, bu da kompleks şəkildə tez biz zamanda uşağın sağalması və gələcək inkişafında mühüm rol oynayır.

Gənc analar yüksəkixtisaslı kadrların köməyi ilə uşağa qulluq vərdişlərinə yiyələnir və düzgün ana südü ilə qidalanma prinsiplərinə yiyələnirlər. Əgər ana nədənsə uşağı ana südü ilə qidalandıra bilmirsə, körpənin fərdi xüsusiyyətlərini nəzərə alaraq hər bir körpə üçün ayrıca seçilmiş süni qarışıqlardan istifadə edərək alternativ qidalanma üsullarından istifadə edilir.

Bu şöbədə valideynlər körpənin vəziyyəti, hər bir uşağın uyğunlaşma dövrünün xüsusiyyətləri, diaqnostik nəticələr və müalicə taktikası haqqında tam məlumat alırlar.

Vaxtından əvvəl doğulmuş yenidoğulmuşlara (hamiləlik müddəti 30-37 həftə) xüsusi diqqət verilir. Yenidoğulmuşların bu qrupu üçün xüsusi diaqnostik və terapevtik proqramlar istifadə olunur.

Hospitalın Pediatriya və Neonatologiya şöbəsində uşaqların fiziki inkişafının kontrol təqibi və beynəlxalq standartlara uyğun planlı və təcili peyvənd proqramları, ilkin reanimasion tədbirlər, intubasiya, süni tənəffüs aparatı vasitəsi ilə ağ ciyərlərin ventilyasiyası, bütün növ ultrasəs müayinələri, rentgenoqrafiya və s. xidmətlər  həyata keçirilir.


Mərkəzi Gömrük Hospitalının

PR üzrə mütəxəssisi 

Dilara Zamanova 

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment