|
|
|
Sığorta | | | Azərbaycanda martda avtonəqliyyat vasitələri üzrə 60 mindən çox icbari sığorta müqaviləsi bağlanıb |
05.04.2013 | |
| |
Bu ilin mart ayında Azərbaycanın İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemi vasitəsilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ümumilikdə 60,3 mindən çox sığorta müqaviləsi bağlanıb.
«APA-Economics»in İSB-yə istinadən məlumatına görə, müqavilələrin 19,8 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı olan və 1 ay müddətinə bağlanan icbari sığorta müqavilələri təşkil edib.
Mart ayı ərzində bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği isə ümumilikdə 4,3 mln. manatdan çox olub.
www.apa.az
|
|
|
|