|
|
|
Sığorta | | | “PAŞA Həyat” icbari sığorta üzrə ən iri ödənişini həyata keçirmişdir |
09.04.2013 | |
| |
“PAŞA Həyat Sığorta” ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə ən iri ödənişini həyata keçirmişdir.
Şirkətdən AzərTAc-a bildirilmişdir ki, yol-nəqliyyat hadisəsi nəticəsində sığortalanan şəxsin ölüm faktına görə onun ailəsinə 104 min manata yaxın ödəniş verilmişdir.
2013-ci ilin əvvəlindən indiyədək ASC tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə 246 min manatdan çox sığorta ödənişi edilmişdir.
www.azertag.com
|
|
|
|