Baki, Finance Time. AXA MBASK Sığorta Şirkəti sığorta məhsullarının çeşidini genişləndirməyə dəvam edir. Bu dəfə, sığortaçı avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası sahəsində işləmiş və öz müştirilərinə "+ 5" adlı unikal sığorta paketi təklif edir.
AXA MBASK şirkətinin yeni “+5” sığorta paketi sığorta ödənişinin vеrilməsi üçün tələb olunan sənədlərin toplanması və hadisədən sonra alternativ nəqliyyatından istifadəsi ilə bağlı çəkilən xərclərin ödənilməsi kimi xidmətləri əhatə edir. Bundan əlavə, “+5” standart nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasının təminatını da 500 manat artırır.
“+5” paketinin qiyməti 5 manatdir. Paketi əldə edilməsinin yeqanə şərti AXA MBASK şirkətinin nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta şəhadətnaməsi olmasıdır.
“+5” məhsulunu əldə etmək üçün Bakıda və regionlarda şirkətin sizə yaxın olan sığorta agentliyinə müraciət etmək kifayətdir. Ətraflı məlumat almaq üçün (012) 950 nömrəsinə zəng vura bilərsiniz.
Sığorta xidmətlərinin keyfiyyətinin daim yaxşılaşdırmağını qarşısına məqsəd qoyan AXA MBASK geniş agent şəbəkəsinin inkişafına fəal şəkildə təkan verir. Bu gün bütün ölkə ərazisində 80-ə yaxın agentlik fəaliyyət göstərir ki, bu da sığorta xidmətlərinin tam əhatə olunmasını və potensial istehlakçılar üçün əlverişliliyini təmin edir.