1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Express sığorta - online rejimdə. “Tez, Rahat, Sərfəli”
22.04.2013

Baki, Finance Time. Ekspress Sığorta Agentliyi öz müştərilərini yeni xidmət və təkliflərlə sevindirməyə davam edir. Öz “Tez, Rahat, Sərfəli” şüarına sadiq qalan Ekspress Agentliyi əsas sığorta məhsulları üzrə onlayn rejimdə sığorta haqqını hesablamaq imkanı yaradan internet səhifəsini müştərilərin istifadəsinə vermişdir.

Express Services Group (ESG) şirkətinə məxsus www.esg.az internet səhifəsi  müştərilər üçün sığortanın şərtləri ilə tanış olmaq, avtomobillərin tam KASKO sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və xaricə səfər edənlərin səyahət sığortası növləri üzrə sığorta haqqının hesablanması və onlayn rejimdə sığorta müqavilələrin sifariş edilməsi  imkanı yaradır.

İnternet resurs korporativ müştərilər üçün də sığorta məhsulları haqqında məlumat təqdim edir. Yaxın gələcəkdə korporativ müştərilər tərəfindən sığorta sorğularının onlayn şəkildə doldurulması sisteminin tətbiqi planlaşdırılır. Bu sistem vasitəsilə korporativ müştərilər sığorta şirkətinin ofisinə gəlmədən sığorta agentliyindən elektron şəkildə qiymət təklifləri almaq imkanı əldə edəcəklər.

Müştərilərin rahatlığı üçün Ekspress Sığorta Agentliyi sığorta müqavilələrin müştərinin ünvanına ekspress çatdırılması xidmətini təmin edir. Sığorta müqaviləsini əldə etmək üçün müştərilər həm onlayn sifariş, həm  də şirkətin məlumat mərkəzinə (012) 488 6454 telefon nömrəsinə zəng vura, və ya şirkətin Yeni Hayat (Azure Biznes Mərkəzi) ünvanında yerləşən baş ofisinə müraciət edə bilərlər.   Ekpress Sığorta Agentliyi öz müştərilərinə sığorta haqqlarını kreditlə, yəni hissə-hissə ödəmək imkanını yaradır.

Ekspress Sığorta Agentliyi ölkəmizdə fəaliyyət göstərən sığorta agentləri üçün peşəkar inkişaf və karyera yüksəlişi üçün şərait yaradır. Öz gələcəklərini peşəkar sığorta agentliyində qurmaq istəyən sığorta agentləri Ekspress Sığorta Agentliyinə artıq www.esg.az internet səhifəsi vasitəsilə də müraciət edə bilərlər.   

Yeni internet resursun yaradılmasını şərh edən şirkətin baş səhmdarı Rəşad Abbasov bildirib: “Tez, Rahat, Sərfəli” prinsiplərimizə əsaslanaraq biz bir aydan çoxdur ki, müştərilərimizə ünvana çatdırılma ilə “tez” sığorta xidmətini təklif edirik.  Bu gün biz sığortanı müştəriləmiz üçün daha da “rahat” etmək üçün onlayn xidmətlərə başladıq. Hal-hazırda biz sığorta xidmətlərimizin həm qiymət, həm də təminat baxımından rəqiblərdən daha da “sərfəli” olması istiqamətində çalışırıq”.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment