Baki, Finance Time. “AtaSığorta” ASC-nin rəhbərliyi 18-19 aprel tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilmiş 9-cu Risk-Menecment üzrə Beynəlxalq Konfransda iştirak etmişdir. Tədbirdə şirkəti İdarə Heyətinin sədri Müseyib Əliyev təmsil etmişdir. Dövlət sektoru, bank, sığorta, kommersiya təşkilatları və iqtisadiyyatın real sektorunu təmsil edən nümayəndələrin iştirak etdiyi bu ənənəvi konfransda 20-dən artıq məruzəçi müxtəlif mövzularda maraqlı çıxışlar etmişlər.
“AtaSığorta” şirkətinin bu cür beynəlxalq tədbirlərdə iştirakı beynəlxalq təcrübə mübadiləsi və yeni əməkdaşlıqların inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Gələcəkdə də belə tədbirlərdə şirkətimizin müxtəlif səviyyələrdə təmsil olunması nəzərdə tutulmuşdur”. – deyə cənab M.Əliyev bildirmişdir.
“AtaHolding” Sirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.