|
|
|
Sığorta | | | “AtaSığorta” ASC yeni veb saytını təqdim etmişdir |
01.05.2013 | |
| |
Baki, Finance Time. “AtaSığorta” ASC yeni veb saytını istifadəyə vermişdir. Şirkətin tamamilə yenilənmiş veb səhifəsi müştərilərə şirkət haqqında dolğun məlumat, sığorta qanunvericiliyi, şirkətin məhsulları, həyata keçirilən layihələr, sığorta bazarı və şirkətin fəaliyyəti üzrə yeniliklər və digər önəmli məlumatları təqdim etməklə şirkət haqqında info-mərkəz funksiyasını həyata keçirəcəkdir.Yeni visual dizayn və istifadə üçün rahat olan veb səhifə ziyarət edən hər bir şəxsə xoş təəssürat vəd edir - www.atasigorta.az
“AtaHolding” Sirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.
|
|
|
|