Azərbaycanda hərəkətdə olan avtomobillərin ən azı 90%-i, mənzillərin isə 25%-i sığortalıdır.
«APA-Economics»in məlumatına görə, bunu Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov bildirib.
Onun sözlərinə görə, «İcbari sığortalar haqqında» qanun qəbul edildikdən sonra çox böyük işlər görülüb - İcbari Sığorta Bürosu yaradılıb, informasiya sistemi qurulub və s.
Xidmət rəisi bildirib ki, icbari sığorta sisteminin işə düşməsi könüllü sığorta sisteminin inkişafına da müəyyən təsir edib. Nəticədə, 2012-ci ildə Azərbaycanın sığorta bazarı 2011-ci ilə nisbətən 60% artıb. Bu ilin I rübündə isə 25%-lik artım müşahidə olunub.
www.apa.az