Baki, Finance Time. Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA), Azərbaycan Risk Peşəkarları Assosiasiyası (ARPA) ilə birgə CII, Award in General Insurance dərəcəsi üzrə kurslarının tədrisinə start verir.
Təlim-tədris kursu 27.05.2013-22.06.2013 tarixlərini əhatə etməklə, həftədə 3 dəfə keçiriləcək. Təlimlər Dip CII, ACII dərəcəli mütəxəssislər tərəfindən ingilis dilində aparılacaq.
Kursun yekunları ilə bağlı imtahan ARPA və CII tərəfindən 24.06.2013 tarixində keçiriləcək.
Kursda iştirak haqqı:
Ø Təlim-tədris kursu – 100 AZN
Ø Dərslik** – 100 AZN
Ø İmtahana giriş – 100 AZN
*ARPA-nın üzvləri imtahana giriş və dərslik 20 % endirim ilə əldə edə bilərlər
**dərsliyin hər kəs tərəfindən alınması məcburi deyil. Bir dərslikdən bir neçə nəfərin istifadəsi mümkündür.
Proqramda iştirak etmək üçün əlavədə göndərilmiş qeydiyyat blankını doldurub office@asa.az
ünvanına göndərməyiniz xahiş olunur. Müraciət üçün son tarix: 20.05.2013, saat: 12:00
Qeyd edək ki, CII (Chartered Insurance Institute) mərkəzi Böyük Britaniyada yerləşən və 150 ölkədən 112000-dən artıq üzvü ilə dünyada sığorta və maliyyə sahəsi üzrə ixtisaslaşmış kurslar təqdim edən ən böyük peşəkar qurumdur.
CII-ın məqsədi sığorta və biznes peşələrində çalışan mütəxəssislərin biliklərini və ixtisaslarını artırmaq yolu ilə dünya biznes sektorunun inkişafına nail olmaqdır.
CII Böyük Britaniyanın ən böyük professional imtahan mərkəzlərindən biri olmaqla, son 10 ildə dünyada 150 ölkədən 1 000 000-dan artıq insana təhsil vermişdir. CII kurslarında qazanılan uğur hazırda bütün dünyada beynəlxalq standard kimi tanınır.
CII haqqında əlavə məlumat almaq üçün www.cii.co.uk ünvanına daxil ola bilərsiniz.
Əlaqələndirici şəxs:
Gülnarə Hüseynova
012 497 56 03
Teymur Sultanov
012 493 78 83 ; 012 511 60 85