PAŞA Sığorta aparıcı A reytinqli təkrarsığortaçılarla obligator müqaviləsini imzalayıb
08.05.2013
Baki, Finance Time. Balanslaşdırılmış sığorta portfelinin yaradılması, sığorta əməliyyatlarının səmərəliliyi və maliyyə sabitliyinin, eləcə də müştəri müraciətlərin çevikliyini təmin edilməsi məqsədi ilə, PAŞA Sığorta may ayından etibarən A-reytinqli Munich RE, SCOR, Polish RE və yerli AzRe kimi təkrarsığorta şirkətləri ilə Əmlak/İnşaat-Montaj təkrarsığotrası və onu müşahidə edən risklər üzrə öz birinci obliqator müqaviləsini imzalamışdır. Həmin müqavilə üzrə lider anderrayter rolunda Munich Re çıxış edir.
Munich Re Azərbaycan bazarında ilk dəfə olaraq ümumi sığorta (qeyri-heyat sığortası) üzrə öz obliqator müqaviləsini imzalayıb. Onu qeyd edək ki, Munich Re illik təkrarsığorta haqqı həcminə görə global sığorta bazarının və dünya təkrarsığorta bazarının lideridir http://www.munichre.com/en/group/key_figures/default.aspx.
“PAŞA Sığorta” ASC-nin İdarə Heyətinin üzvü və baş texniki direktoru Tural Əliyev qeyd edir: "Bu müqavilə daha etibarlı təkrarsığorta müdafiəsini, eləcə də PAŞA Sığorta-nın müştəri müraciətlərinə operativ qaydada cavab vermək imkanı yaradır".
Paşa Sığorta” ASC, Paşa Holdinq qrupunun üzvüdür və 30 sığorta növü üzrə korporativ və fərdi müştərilərə xidmət göstərir. 35.5 milyon manat nizamnamə kapitalı və 76 milyon manat cari aktiv ilə PAŞA Sığorta kapitallaşma göstəricilərinə və riskləri özündə saxlama gücünə görə Azərbaycan sığorta və təkrarsığorta bazarının lider üçlüyündə mövqeyini gücləndirmişdir.