|
|
|
Sığorta | | | “AtaSığorta” ASC Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş boulinq yarışması keçirmişdir |
10.05.2013 | |
| |
Baki, Finance Time. 09 may 2013 tarixində “AtaSığorta” ASC-nin əməkdaşları arasında Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş boulinq yarışması keçirilmişdir. Doqquz komandanın iştirak etdiyi yarışmada, qalib komanda və fərdi göstəricilərə görə ilk 3 yeri tutmuş əməkdaş qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Yarışa qatılan hər kəsə təşəkkür edir və qalibləri təbrik edirik.
“AtaHolding” Sirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.
|
|
|
|