|
|
|
Sığorta | | | “PAŞA Həyat Sığorta” ASC könüllü həyat sığortası üzrə iri həcmli sığorta ödənişini həyata keçirib |
14.05.2013 | |
| |
Baki, Finance Time. Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, sözügedən sığorta ödənişi həyatın müddətli sığortası növü üzrə “PAŞA Həyat Sığorta” ASC-də sığortalanmış şəxsin vəfatı ilə bağlıdır.
Bu sığorta hadisəsi nəticəsində 25 min manatlıq sığorta ödənişi sığortalının ailəsinə ödənilib.
“PAŞA Həyat Sığorta” ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Bu ilin yanvar- mart aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 8,352 mln. manat, ödənişləri isə 148 min manata yaxın olub. Cari ilin may ayının 1-nə şirkətin nizamnamə kapitalı 15,050 mln. manat təşkil edib.
|
|
|
|