Əmanətlərin Sığortalanması Fondu iştirakçı bankların reyestrində aparılmış dəyişikliklər
17.05.2013
Baki, Finance Time. Əmanətlərin Sığortalanması Fondu “Əmanətlərin Sığortalanması haqqında” 29 dekabr 2006-cı il tarixli Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsaslanaraq ictimaiyyətin diqqətinə çatdırır ki, Mərkəzi Bankdan Fonda daxil olan 07 may 2013-cü il tarixli bildirişə əsasən 13 saylı reyestr nömrəsi ilə 30 iyul 2007-ci il tarixində Fonda üzv olan “Azəriqazbank" Açıq Səhmdar Cəmiyyətinin adı dəyişilərək "AGBank" Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və bank lisenziyasında 25 oktyabr 2005-ci il tarixində müvafiq dəyişiklik edilmişdir.