1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


ARPA-nın təşəbbüsü və təşkilatçılığı ilə ölkənin aparıcı banklarının hüquq menecerlerinin və mütəxəssislərinin toplant&#
05.06.2013

Baki, Finance Time. Toplantıya Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq Departamentinin Direktoru Azərbaycan Respublikasının əməkdar hüquqşünası xanım Rəna Məlikova da qatılmışdır.

Toplantının gündəliyinin əsasını bankların üzləşdiyi əhəmiyyətli hüquqi risklərin və problemlərin müzakirəsi və onların həlli yollarının tapılması, banklarda hüquq işinin risk idarəetməsi konsepsiya əsasında yenidən baxılması  mövzuları təşkil etmişdi.

Toplantıda bank sektorunun hüquqşunaslarını maraqlandıran mövzular ətrafında müzakirələr aparılmış, Mərkəzi Bankın və bankların müzakirə edilən mövzularla bağlı mövqeləri səsləndirilmiş, hüquqi məsələlərlə bağlı yaranmış suallar cavablandırılaraq təkliflər dinlənilmişdir.

Banklarda hüquqi auditin və hüquq işinin idarəetmə standartlarının müəyyən olunması və bu məsələlərin qanunvericilik səviyyəsində təsbit olunması zəruriliyi vurğulanmışdır.

Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq Departamentinin Direktoru xanım Rəna Məlikova müzakirə edilən məsələlərin həllində öz səlahiyyətləri daxilində yardımçı olacağını və bankları narahat edən məsələləri aidiyyati instansiyalara çatdıracağını bildirmişdir.

Yekunda belə toplantıların, hüquq sahəsində problemlərin vaxtında ortaya çıxarılması və həllində vahid yanaşma və təcrübə mübadiləsi baxımından vacibliyi qeyd olunmuş və müntəzəm olaraq Dəyirmi masa formatında təşkil edilməsi qərara alınmışdır.

Bankların hüquqşünas menecerlərinin Dəyirmi masasının sədri “AtaHolding” ASC-ninin Hüquq Departamentinin Direktoru, “AtaBank” ASC-nin İdarə Heyətinin Sədrinin müşaviri, ARPA Direktorlar Şurasının üzvü Qorxmaz Ağayev seçilmişdir.

Dəyirmi masaların rüblük əsasda keçirilməsi nəzərdə tutulur. Növbəti Dəyirmi masanın keçirilməsi bu ilin sentyabr ayına təsadüf edəcək.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment