|
|
|
Sığorta | | | “AtaSığorta” ASC-də 2012-ci ilin yekunlarının beynəlxalq auditi başa çatdı |
14.06.2013 | |
| |
Baki, Finance Time. “AtaSığorta” ASC-də 2012-ci ilin yekunları üzrə “Deloitte” Beynəlxalq Audit Şirkəti tərəfindən aparılan audit yoxlaması başa çatmışdır. Şirkətin fəaliyyəti üzrə ilin yekunlarının Beynəlxalq Maliyyə Hesabatları Standartlarına və Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğunluğu barədə müsbət rəy verilmişdir. “AtaSığorta” ASC-də 2005-ci ildən etibarən hər il yerli kənar audit yoxlaması ilə yanaşı beynəlxalq audit yoxlaması da həyata keçirilir.
“AtaHolding” Sirkətlər Qrupuna daxil olan AtaSığorta 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. “AtaSığorta” ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.
|
|
|
|