1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


Rahatlığınız üçün daha bir yenilik – EvMobil
27.06.2013

Baki, Finance Time. İnsanlar bütün zamanlarda öz həyat şəraitlərini yaxşılaşdırmaq, özlərinə və ailələrinə rahat və qayğısız  yaşam təmin etmək üçün yorulmadan çalışıblar. Müasir dövrdə də bu demək olar ki, dəyişməyib -  istifadə etdiyimiz bütün əşyalar, bütün məhsullar rahatlığımıza xidmət edir. Bunlardan ən əsasları, təbii ki, şəxsi ev və avtomobildir.  

Müştərilərini daim yeniliklərlə və sərfəli təkliflərlə sevindirməyi özünə hədəf seçən AtaSığorta, bu dəfə də sığorta bazarında bir ilkə imza atdı.  Bu, “EvMobil” sığorta paketidir.

“EvMobil” məhsulu özündə iki ayrı sığorta obyektini – evi və avtomobili birləşdirir. Bu paketi almaqla iki sığortaya birdən sahib olacaq müştərilər üçün ən sevindirici hal isə daha iki sığorta məhsulunun onlara hədiyyə verilməsidir.   Belə ki, müştəri evinin və avtomobilinin könüllü sığortalarını aldığı halda, hər iki sığorta müqaviləsi üzrə icbari sığorta müqavilələrini, yəni evinin (əmlakının) və avtomobilinin icbari sığortasını AtaSığortadan pulsuz əldə edir. Nəticədə, müştəri “EvMobil” sığorta paketi çərçivəsində şirkətə müraciət edib sığorta müqaviləsi imzalamaqla dərhal hədiyyə qazanmış olur. Bu isə o deməkdir ki, müştəri yalnız bir paketi almaqla əmlakını və avtomobilini əsas risklərdən sığortalayır. Hər hansı bir sığorta hadisəsi baş verərsə ziyanın aradan qaldırılması və əvvəlki maliyyə vəziyyətinə qayıtması üçün maddi kompensasiya ilə təmin olunur.

Sığorta paketi haqqında ətraflı məlumat üçün (012) 936-a zəng etmək, yaxud www.atasigorta.az/evmobil saytına, www.facebook.com/AtaSigortaASC səhifəsinə daxil olmaq olar.

Qeyd edək ki, "AtaHolding" Şirkətlər Qrupuna daxil olan "AtaSığorta" 2004-cü ildən sığorta bazarında fəaliyyət göstərir. Şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. İcbari Sığorta Bürosunun təsisçisi və iştirakçısıdır. "AtaSığorta" ASC-nin xidmət şəbəkəsinə 4 filial və 4 nümayəndəlik daxildir.

 

     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment