1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat”ın nizamnamə kapitalının həcmi 25,2 mln. manata çatıb
25.06.2013

Baki, Finance Time. “PAŞA Həyat Sığorta” ASC nizamnamə kapitalının artırılması ilə bağlı elan etdiyi səhm emissiyanın yerləşdirilməsi prosesini tam başa çatdırıb.

Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 3600 manat, sayı 7000 ədəd, emissiyanın ümumi həcmi isə 25,2 mln. manat təşkil edib.

Qeyd edək ki, nizamnamə kapitalının artımı səhmlərin nominal dəyərinin artırılması yolu ilə həyata keçirilib.

Bununla da, “PAŞA Həyat”ın nizamnamə kapitalı 67,4% artaraq 25,2 mln. manata çatıb. Hazırda şirkət sığortaçılar sırasında nizamnamə kapitalının həcminə görə ilk üçlüyə daxildir.

Qeyd edək ki,  “PAŞA Holding” Şirkətlər Qrupuna daxil olan “PAŞA Həyat Sığorta” ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Bu ilin yanvar-may aylarında şirkət 14,9 mln. manat sığorta haqqı toplamaqla sığorta şirkətləri sırasında ilk beşlikdə qərarlaşıb. Bu ilin ilk beş ayında şirkətin risklər üzrə ödənişləri 380 min manat təşkil edib.


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment