1 USD 1,7000    1 EUR 1,8485    1 RUB 0,0188    1 TRY 0,0558    XAU 3493,7125    XAG 39,3658    XPT 1559,2655    XPD 1653,4200   
           
/ Məzənnələr

 

 

 













Sığorta


“PAŞA Həyat” tələbələr üçün yeni layihəyə başlayıb
10.07.2013

Baki, Finance Time.  “PAŞA Həyat Sığorta” ASC bu ilin iyul ayından etibarən ölkədə fəaliyyət göstərən ali təhsil ocaqlarının tələbələri üçün sığorta sahəsinə aid müxtəlif mövzularda ustad dərsləri (MasterKlaslar) təşkil edəcək.

Masterklaslar iqtisadi sahədə təhsil alan III və IV kurs tələbələrinə şamil olunur. Ayda bir dəfə (hər ayın sonuncu ongünlüyü) təşkil olunan dərslərdə maksimum 15 tələbənin iştirakı nəzərdə tutulur. 

Qeyd edək ki, tələbələr arasında belə bir dərslərin təşkil edilməsində əsas məqsəd iqtisadi sahədə təhsil alan tələbələrin sığortaya, o cümlədən həyat sığortası sahəsinə olan maraqalarını, həmçinin bilik və bacarıq qabiliyyətlərini daha da artırmaqdır.

Ustad dərslərinin nəticəsi olaraq, potensial imkanlarından asılı olaraq, həyat sığortası ilə maraqlanan və bu sahədə işləmək  arzusunda olan talantlı, və qabiliyyətli tələbələr gələcəkdə “PAŞA Həyat Sığorta” ASC-də işləmək şansı da qazana bilərlər. 

Dərslərdə iştirak etmək istəyən tələbələr şəxsiyyət vəsiqəsi və tələbə biletinin surətini şirkətin Nərimanov rayonu, Mayakovski küçəsi,15 ünvanında yerləşən baş ofisinə və ya ehuseynguluyev@pasha-life.az  elektron ünvanına göndərə bilərlər. Sənədlər bu gündən başlayaraq iyulun 20-dək qəbul olunur.    

“PAŞA Həyat Sığorta” ASC yalnız Azərbaycanın maliyyə sektorunda deyil, eyni zamanda sosial yönümlü layihələrin həyata keçirilməsində də daim aktiv iştirak edib. Şirkət Azərbaycanı dünyaya sığorta fəaliyyətindən başqa, həmçinin sosial layihələrə dəstək verməklə tanıtdırmaq niyyətindədir. Tələbələr üçün nəzərdə tutulan bu təhsil layihəsi də məhz sosial layihələrdən biri hesab olunur.

Qeyd edək ki, bu yaxınlarda “PAŞA Həyat”ın dəstəyi ilə “Qədim qalanın yuxuları” adlı kitab işıq üzü görüb. İki dildə çap olunan kitab Azərbaycanın tarixi-mədəni irsinin dünyaya çatdırılmasında, habelə ölkənin beynəlxalq səviyyədə tanıdılmasında mühüm rola malik olmaqla yanaşı, oxucular üçün əlverişli bir vəsaitdir.

“PAŞA Holdinq” Şirkətlər Qrupuna daxil olan  “PAŞA Həyat Sığorta” ASC 2010-cu il noyabrın 24-də dövlət qeydiyyatına alınıb, sığorta fəaliyyətinə lisenziya (5 illik) isə 2011-ci il fevralın 14-də verilib. Cari ilin iyun ayının 1-nə şirkətin nizamnamə kapitalı 25,200 mln. manat təşkil edib.

 


     



18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
 
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment