Bakı, Finance Time. Ötən bazar günü Bakı Əyləncə Mərkəzində (BƏM) AXA MBASK Sığorta Şirkətinin boulinq üzrə Kubokunun XI illik turniri baş tutdu.
İyun ayının 10-da AXA MBASK Sığorta Şirkətinin kuboku uğrunda boulinq üzrə növbəti, ənənəvi turnir baş tutdu. Yarışmada 60-dan çox komanda, o cümlədən, KİV-i, bankları, xarici və yerli şirkətləri təmsil edən komandalar iştirak edirdi.
Turnir Bakı Əyləncə Mərkəzində keçirilirdi və 4 turdan ibarət idi. Səkkiz saat sürən fasiləsiz mübarizə nəticəsində birinci yerə, finalda bir partiyada ən çox xaltoplayaraq, “Bolşoy Prazdnik” şirkətinin komandası çıxdı. Daha sonra final protokolunda, - KB Unibank və Trend İnformasiya Agentliyi komandaları yerləşmişlər.
Turnirin qalibləri, yarışmanın sponsorları olan AXA MBASK, Bolşoy Prazdnik və Unibank şirkətləri tərəfindən qiymətli hədiyələr əldə etdilər.
Turnirin hamıdan çox xal toplamış ən yaxşı oyunçusu, Bolşoy Prazdnik komandasının oyunçusu, Unibank-dan 1000 AZN aldı.
Qeyd etmək lazımdır ki, AXA MBASK-ın Kuboku uğrunda boulinq üzrə illik turnir müştərilərin loyallığının artırılması proqramı çərçivəsində keçirilir və ildən ilə bu yarış respublikada daha da populyar olur.
Hər halda, iştirakçılar, Kütləvi İnformasiya Vasitələri və sponsorlar tərəfindən artan maraq belə güman etməyə əsas verir ki, “AXA MBASK Kuboku” artıq AXA MBASK müştəriləri, işgüzar tərəf-müqabilləri və sadəcə dostları arasında boulinq üzrə ümumşəhər birinciliyi xarakteri almışdır.