Baki, Finance Time. AXA MBASK sığorta şirkəti daşınmaz əmlakın icbari sığortasına dair üzrə iri sığorta ödənişi həyata keçirib
Sözügedən sığorta növünə aid ödəniş Bakı şəhərində olan mənzilin yanğını ilə bağlı olub. Qəza nəticəsində xəsarət alan olmayıb. AXA MBASK tərəfindən 15 075 manat məbləğində sığorta ödənişi mənzilin yiyəsinə verilib.
Qeyd etmək lazımdir ki, ilin əvvəlindən daşınmaz əmlakın icbari sığortası ilə bağli şirkət artıq 150 min manata yaxın sığorta ödənişi edib.
İcbari sığorta növləri şirkətin 5 regional ofisində və ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən 70-dən artıq agentlikdə həyata keçirilir. Sığorta vəsiqələri isə İcbari Sığorta Növləri Bürosunun vahid məlumat sisteminə qoşulmaq şərtilə on line rejimində buraxılır.
İcbari sığortanın qaydaları və tarifləri barədə əlavə məlumatı www.icbari.az saytında əldə etmək olar.